Məhkəmə qərarları › İş №3(046)-12/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-12/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-12/2025 05.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi X4, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Baş Dovlət Yol Polisi İdarəsi Vİ tağım yol patrul xidməti inspektoru X2 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi, inzibati xəta haqqında işə xitam verilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X5 barəsində Baş Dovlət Yol Polisi İdarəsi Vİ tağım yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı xx.xx.2025-ci ii tarixli, İXP 6808435-saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixili,TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, 10 yanvar 2025-ci il tarixdə özünə məxsus «Mercedes C 180» markalı ** HA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərək Bakı şəhərindən gəlirdi. Vİ tağım Yol Patrul Xidmətinin inspektoru X2 Bakı-Göyçay istiqamətində hərəkətdə olarkən, heç bir qanun pozuntusu törətmədiyi halda onu saxlatmışdır. Yol polisi əməkdaşı özünü təqdim etmədən ona inzibati xətanı törətməyi barədə məlumat verərkən ona etiraz edib razılaşmamış və dərhal həmin inzibati xətanı törətməyi barədə video görüntünü ona təqdim olunmasını xahiş etsədə, Yol Patrul Xidməti inspektoru X2 ünvanına göndəriləcək deyə bildirmişdir. Odur ki,o idarə etdiyi «Mercedes C 180» markalı ** HA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşərək həmin postu tərk etmiş və həmin postdan təxminən 5 km məsafədə aralaşarkən istifadə etdiyi telefonuna sms radar proqramından İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib edilərək 40 manat inzibati qaydada cərimə olunduğu barədə məlumatlandırılmışdır. İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci ii tarixili,TP ******* nömrəli qərarı Göyçay Rayon Polis Şöbəsindən əldə etmişdir. Hesab edir ki ,Yol Patrul Xidməti inspektoru X1 onun barəsində Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş xx.xx.2025-ci il tarixili, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 izahat verərək bildirdi ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Belə ki, avtomobillə hərəkətdə olan zaman yol patrul xidməti inspektoru tərəfindən saxlanılarkən inspektordan nəyə görə saxlandığını soruşmuş və videogörüntü təqdim edilməsini tələb etmiş, lakin inspektor ona videogörüntünü təqdim etməyərək protokol tərtib edildikdən sonra ünvanına göndəriləcəyini bildirilmişdir. Ona görə də hesab edir ki, qərar tam olaraq əsassızdır.İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati xətaya dair işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Şikayəti və işə əlavə edilmiş materialları nəzərdən keçirdərək hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Əvvəla qeyd olunur ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən şikayətdə qeyd olunan xüsusatların dəqiqləşdirilməsi mümkün olmamışdır. Baş X9 İdarəsindən X5 barəsində xx.xx.2025-ci il tarixli,TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi ilə əlaqədar toplanmış materialların məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq məhkəməyə tələb edilən sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, onun təqsiri İXM-də nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlarla (sübutların məcmusu ilə ) müəyyən edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən videoyazı işin düzgün həlli üçün vacib olan faktiki məlumat verən bir sübut növüdür, onun saxlanma müddəti qanunla müəyyən edilmişdir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edirəm ki,inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, səlahiyyətli orqan onun təqsirini müəyyən edən sübutları təqdim etməyə borcludur,belə ki,inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Hazırki iş üzrə inzibati xətanı təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın əsaslı və qanuni sayılması mümkün görünmür.Ona görə də hesab edirəm ki, şikayət inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi hissədə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Beləliklə hesab edirəm ki, X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam olaraq araşdırılmamış, inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan şikayət qismən təmin edilməli, X3 inzibati tənbeh olunmasına dair Baş Dovlət Yol Polisi İdarəsi Vİ tağım yol patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Baş Dovlət Yol Polisi İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi Vİ tağım yol patrul xidmətinin inspektoru X2 tərəfindən X5 barəsində İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X9 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar