Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-122/2024 19.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Şəxs iştirakı ilə, barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə xx.xx.1977-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Göyçay rayonu Kürd kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolları tərtib edilmişdir ondan ötrü ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan İJ-27 markalı 12 kalibrli, ********* nömrəli qoşalüləli və GAMO markalı 12 kalibrli, US010004 nömrəli təklüləli ov tüfənglərini özündə saxlamış, mülki silahın qeydiyyat qaydasını pozmuşdur. Göyçay rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib, İJ-27 markalı 12 kalibrli, ********* nömrəli qoşalüləli və GAMO markalı 12 kalibrli, US010004 nömrəli təklüləli ov tüfəngləri müsadirə edilməklə, ona 80 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilmiş, ş üzrə inzibati xətanın predmeti olan Göyçay rayon Polis Şöbəsində saxlanılan İJ27 markalı 12 kalibrli, ********* nömrəli qoşalüləli və GAMO markalı 12 kalibrli, US010004 nömrəli təklüləli ov tüfəngləri dövlət nəfinə müsadirə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(046)-709/2023 nömrəli qərarı ləğv edilmiş, İnzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Göyçay rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmədə izahat verən Şəxs göstərmişdir ki, əri Şakir Əhmədov xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış əmlakları faktiki qəbul edərək, öz mülkiyyəti kimi qoruyur. 2023-cü ilin noyabr ayının ortalarında yaşadığı ünvana sahə müvəkkili gələrək, mərhum həyat yoldaşı Şakir Əhmədovdan miras qalmış ov tüfənglərini qeydiyyata salmaq üçün Göyçay rayon Polis şöbəsinə gətirilməli olduğunu bildirmişdir. O da miras qalmış ov tüfənglərini polis şöbəsinə aparmışdır. Polis şöbəsində sahə müvəkkilinə of tüfənglərini təhvil verdikdən sonra, sonuncu ondan izahat almış, məzmununu və mahiyyətini bilmədiyi bir neçə sənədə imza etdirmişdir. Bundan bir neçə gün sonra Göyçay rayon Məhkəməsi tərəfindən ona bildiriş göndərilmiş və xx.xx.2023-cü il tarixdə məhkəmədə olmağı bildirilmişdir. Qeyd edilən tarixdə məhkəmədə olmuş və yuxarıda qeyd edilən işin faktiki halları barədə məhkəməyə məlumat vermiş, lakin buna baxmayaraq işə baxan hakim işin faktiki hallarını nəzərə almadan barəsində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Hazırda şikayətinə əlavə etdiyi şəhadətnamələrin surətindən görünür ki, inzibati xətanın predmeti olan ov tüfəngləri mərhum həyat yoldaşı Şakir Əhmədova məxsus olmuş və sonuncuya Göyçay rayon Polis şöbəsi tərəfindən həmin ov silahlarını saxlamaq və istifadə etmək icazəsi verilmişdir. Şakir Əhmədov vəfat etdikdən sonra isə ondan miras qalmış bütün əmlakları sonuncunun birinci növbəli vərəsələri, o və qızı qəbul etmişdir. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan 21 noyabr 2023-cü il tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1 rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyevə müraciət edərək 21 noyabr 2023-cü il tarixdə təhkim olunduğu 4 saylı inzibati ərazi üzrə Göyçay RPŞ-in İTB-in sahə polis nəfəri, polis serjantı Asəf Pənahovla vətəndaşlara məxsus mülki ov silahlarını yoxlayan zaman Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yaşayan Şəxs mərhum həyat yoldaşı X4 məxsus qoşalüləli, “İJ-27” markalı, 12 kalibrli, ********* nömrəli ov silahını müvafiq icra hakimiyyəti orqanından icazə almadan özündə saxlaması tərəfindən aşkar edilmişdir. İşdə olan 21 noyabr 2023-cü il tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1 rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyevə müraciət edərək 21 noyabr 2023-cü il tarixdə təhkim olunduğu 4 saylı inzibati ərazi üzrə Göyçay RPŞ-in İTB-in sahə polis nəfəri, polis serjantı Asəf Pənahovla vətəndaşlara məxsus mülki ov silahlarını yoxlayan zaman Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yaşayan Şəxs mərhum həyat yoldaşı X4 məxsus təklüləli, “Gamo” markalı, 12 kalibrli, US010044 nömrəli ov silahını müvafiq icra hakimiyyəti orqanından icazə almadan özündə saxlaması tərəfindən aşkar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maddi sübutun götürülməsi barədə protokollardan görünür ki, təklüləli, “Gamo” markalı, 12 kalibrli, US010044 nömrəli ov silahı və qoşalüləli, “İJ-27” markalı, 12 kalibrli, ********* nömrəli ov silahı hal şahidlərinin iştirakı ilə götürülərək Göyçay rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 3-13-76/2-40829/2023 saylı məktubdan görünür ki, qoşalüləli, təklüləli, “Gamo” markalı, 12 kalibrli, US010044 nömrəli ov silahı Göyçay rayon Polis Şöbəsinin odlu silahın uçotu və qeydiyyat kitabında Ə-192 nömrəli şəhadətnamə əsasında qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli, 3-13-76/2-40829/2023 saylı məktubdan görünür ki, qoşalüləli, “İJ-27” markalı, 12 kalibrli, ********* nömrəli ov silahı Göyçay rayon Polis Şöbəsinin odlu silahın uçotu və qeydiyyat kitabında Ə-175 nömrəli şəhadətnamə əsasında qeydiyyatdadır. İşdə olan X6 ölüm haqqında şəhadətnaməsindən görünür ki, o 07 oktyabr 2023-cü il tarixində vəfat etmişdir. Xidməti və mülki silah haqqında qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən vətəndaş qanuni əsaslarla mülkiyyətində olan mülki silahı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını əvvəlcədən xəbərdar etməklə mülki silahı əldə etmək üçün xüsusi icazəsi olan şəxsə bağışlaya və ya vəsiyyətlə miras qoya bilər. Həmin qanunun 14-cü maddəsinin 2-ci bəndinə əsasən qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməli və ya satmalıdır. Həmin Qanunun 19-cu maddəsinin, İ hissəsinin 1-ci və 6-cı bəndinə əsasən mülki silahın sahibi öldükdə, vərəsələr tərəfindən miras əmlakla bağlı məsələlər həll edilənədək xidməti və ya mülki silah Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən geri alınır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs mərhum əri X2 vəfatından sonra miras əmlakı faktiki olaraq idarə edərək qəbul etmişdir. Lakin Göyçay rayon Polis şöbəsi X2 vəfat etməsindən nə vaxt xəbərdar olması, eyni zamanda Şəxs mirası qəbul edib-etməməsi, bu müddət ərzində vərəsələr tərəfindən miras əmlakla bağlı məsələlər həll edilənədək xidməti və ya mülki silahın səlahiyyətli orqan tərəfindən geri alınması üçün tədbirlərin görülüb-gürülməməsi barədə heç bir hüquq müəyyən edici sənədi inzibati xəta haqqında matəriala əlavə etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsini tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxsnun əməlində inzibati xəta tərkibi olmadığında barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı və xx.xx.2023cü il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-122/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-122/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver