Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-124/2021 22.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, inzibati xəta törətmiş Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə xx.xx.1967-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri Atatürk prospekti dalan 2 ev 3-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Göyçay şəhəri Atatürk küçəsində anası Zərərçəkmiş şəxs, arvadı Vüsalə Həmidovanı, polis əməkdaşları Cahangir Rəsulovu və Anar Əhmədovu sərxoş vəziyyətdə söyərək təhqir etməklə xırda xuliqanlıq etmişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində sərxoş olduğundan Göyçay şəhəri Atatürk küçəsində anası Zərərçəkmiş şəxs, arvadını və polis əməkdaşlarını söyərək təhqir etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 19 radələrində sərxoş vəziyyətdə yaşadığı Göyçay şəhəri Atatürk küçəsində onu, ailə üvzlərini və polis əməkdaşlarını sərxoş vəziyyətdə söyərək təhqir etmişdir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protkolundan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. (0.9 promilli) Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 09:20-də inzibati qaydada həbs edilmişdir. İnzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırna halların olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx.xx.2021-ci il tarixdən saat 09:20-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-124/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-124/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver