Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-124/2025 26.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, EM PLAST MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən EM PLAST MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP ******* saylı inzibati xəta protokolu baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta protokolu geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən EM PLAST MMC-nin qanuni nümayəndəsinin iştirakı təmin edilməmiş, izahatları alınmamış, inzibati xəta haqqında protokol EM PLAST MMC-nin nümayəndəsinə təqdim edilməmişdir. EM PLAST MMC barəsində tərtib edilmiş inzibati xəta protokolu üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinin pozulması müəyyən edildiyindən materialın onu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları.100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati xəta materialından görünür ki, EM PLAST MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qanuni nümayəndəsinin iştirakı təmin edilməmiş, izahatları alınmamış, inzibati xəta haqqında protokol EM PLAST MMC-nin nümayəndəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı material üzrə işə baxılması qeyri mümkündür. Ona görə də inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103, 110, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: EM PLAST MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına qaytarılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-124/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-124/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver