Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-125/2024 16.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhər Xəzər Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məсəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol və ona əlavə edilmiş material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdi ki, protokol və işin materialları natamamdır və bu Məcəllənin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən etdi ki, Bakı şəhər Xəzər rayon X3 Şöbəsinin polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol xx.xx.2024-cü il tarixdə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Xəzər rayon X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarın alınmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Bakı şəhər Xəzər rayon X3 Şöbəsinin polis mayoru X1 tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə material Bakı şəhər Xəzər rayon Polis İdarəsinə qaytarılsın. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-125/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-125/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver