Məhkəmə qərarları › İş №3(046)-127/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-127/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-127/2025 27.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, xx.xx.1995-ci ildə Xaçmaz rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Xaçmaz rayonu Arzu kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş bir icraatda birləşdirilmiş inzibati xəta haqqında protokollara baxaraq məhkəmə, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Göyçay şəhəri Nizami küçəsində ucadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işdədərək içtimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonunda Xurma məhsulunun alışı ilə məşqul olur. Göyçay şəhəri Nizami küçəsində yerləşən “Rəvan S” motelində qalır. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində onunla birlikdə işləyən X6 ilə alış-veriş məqsədi ilə Göyçay şəhəri Nizami küçəsində yerləşən “Bravo” marketə daxil olmuşlar. Marketdə alış-veriş etdikləri üçün Fədaidən ayrılmışdır. Marketdə olarkən digər tərəfdən səs-küy gəldiyini eşitmiş, həmin yerə yaxınlaşdıqda iki qadının dostu Fədai ilə mübahisə etdiyini görmüşdür. Həmin vaxt qadınlardan baş verənlərə görə üzr istəmiş, lakin qadınlar onun dostunu təhqir etməyə davam etmişlər. Qadınlardan biri dostu Fədaini təpiklə vurmuşdur. Bundan sonra dostu Fədaini sakitləşdirərək marketdən küçəyə çıxarmış, küçədə olan zaman qadınlardan biri telefonla kiminsə danışmış, daha sonra Bravo marketin qarşısına bir nəfər şəxs gələrək özünü Göyçay rayon prokurorunun köməkçisi kimi təqdim etmiş, polis əməkdaşlarına zəng etmişdir. Daha sonra polis əməkdaşları gəlmiş, tanışı Fədaini polis şöbəsinə aparmaq istəmişlər. Həmin vaxt Fədaini tək qoymamaq üçün özü də polis maşınına əyləşərək könüllü şəkildə polis şöbəsinə getmişdir. Heç bir inzibati xətaya yol verməmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Şahid3 göstərmişdir ki, Şəxs və X6 tanışıdır və onunla birlikdə işləyirlər. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Göyçay şəhərində yerləşən “Bolluq” marketdə olan zaman küçədə səs-küy eşitmiş, çölə çıxan zaman iki qadının ucadan səs-küy saldığını görmüş, daha sonra polis əməkdaşları gəlmiş, Fədaini polis şöbəsinə aparmaq istəmişlər, İlkin də Fədai ilə birlikdə polis şöbəsinə getmişdir. İlkin söyüş söyməmiş, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin PPXB-nin polis serjantı vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində xidmətdə olarkən növbətçi hissədən Göyçay şəhəri Nizami küçəsində yerləşən “Bravo”marketin qarşısında iki nəfər şəxsin iki qadınla mübahisə etdiyinə dair məlumat daxil olmuşdur. Məlumat əsasında hadisə yerinə getmiş, həmin vaxt İlkin və Fədaiyə Polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Onlar da xidməti avtomobilə əyləşərək polis şöbəsinə getmişlər. Məhkəmədə şahid qismində izahat vermiş X3 göstərmişdir ki, Göyçay şəhəri Nizami küçəsində yerləşən “Bravo” marketdə kassır vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində kassada dayanan zaman marketdə səs-küy eşitmiş, ora gedən zaman iki qadının ucadan səs-küy saldığını görmüş, həmin vaxt Fədai orda olmuşdur. Fədai qadınlara baxmadığını bildirmiş, həmin vaxt qadınlardan biri Fədaini söyərək, ona təpik vurmuşdur. İlkin həmin vaxt onları sakitləşdirməyə çalışmış qadınlar isə telefon ilə kiminləsə əlaqə saxlamışlar. İlkin söyüş söyməmiş, heç kimlə mübahisə etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 023831 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən “Bravo” marketdə xırda xuliqanlıq hərəkətlərinə yol verməmiş və eyni saat və tarixdə Göyçay şəhəri Nizami küçəsində olarkən xidməti avtomobilə polis əməkdaşları ilə birlikdə könüllü şəkildə əyləşərək polis şöbəsinə getmiş, müqavimət göstərməmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Хuliqаnlıq niyyətinin mаhiyyəti оndаn ibаrətdir ki, bеlə mоtivlə cinаyət törədən şəхs özünün şəхsiyyətini bаşqа şəхsin və yа qеyri-müəyyən sаydа şəхslərin şəхsiyyətinin fövqündə qоyur, cəmiyyətə аşkаr hörmətsizlik və lаqеydlik nümаyiş еtdirir, ictimаi qаydаlаrı və ictimаi mаrаqlаrı, hаbеlə əхlаq nоrmаlаrını pоzаn və bunlаrа еtinаsızlıq göstərən hərəkətlər еdir. Хuliqаnlıq mоtivi şəхsin аzğınlığındа, qəddаrlığındа, ətrаfdаkılаrа hörmətsizlik göstərən еqоizmini nümаyiş еtdirməsində, cəmiyyətə qаrşı sаir kоbud hərəkətlərdə ifаdə оlunur. Хuliqаnlıq niyyəti ilə zərər çəkmiş şəхsin sаğlаmlığınа аz аğır хəsаrət yеtirmə çох vахt hеç bir səbəb оlmаdаn, yахud cüzi səbəbi zərər çəkmiş şəхsin sаğlаmlığınа аz аğır хəsаrət yеtirmə üçün bəhаnə еtməklə törədilir. Göründüyü kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən “Bravo” marketdə xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisi və ya hərbi qulluqçusunun qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Göyçay şəhəri Nizami küçəsində xidmətdə olan Göyçay RPŞ-nin PPXB-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi hərəkətlərə yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs istinad edilən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Bunda başqa müdafiəçi X4 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 06 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta protokolları üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta protokolları üzrə icraata xitam verilsin. 06 saata görə hesablanmış 36 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar