Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-129/2021 31.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X1nun, DİN BDYPİ-nin V tağım patrul xidmət inspektoru polis baş serjantı Nümayəndə iştirakı ilə, DİN BDYPİ-nin V tağım patrul xidmət inspektoru polis baş serjantı Nümayəndə 10.04.2021-ci il tarixdə qəbul edilmiş qərardan verilmiş şikayətə Göyçay şəhərində 31 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində 40 manat inzibatı cərimə edilməsinə dair 10.04.2021-ci il tarixdə İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, 10.04.2021-ci il tarixdə saat 12 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 105-ci km-də idarə etdiyi “Mercedes Benz” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, hərəkət istiqamətində yolun sağ tərəfindən Mercedes Benz minik markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobil yoluna çıxaraq ona məxsus avtomobilin sağ qapı (krelo) hissəsində vurmuş, toqquşmanın nəticəsində idarə etməni itirərək yolun əks istiqamətinə çıxmış, həmin vaxt yolun əks istiqamətində dayanmış VAZ 21011 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, daha sonra avtomobil ağaca çırpılaraq dayanmışdır. Hadisədən sonra polis əməkdaşları hadisə yerinə gələrək, hadisənin necə baş verdiyini, hadisənin kimin təqsirli hərəkətləri nəticəsində baş verdiyi araşdırmağa başlamışlar. Baş vermiş hadisə barədə polis əməkdaşlarına izahat vermişdir. Bundan sonra polis əməkdaşı Nümayəndə hər iki avtomobilə dəymiş ziyanın sığorta tərəfindən ödənilməsi ilə bağlı həm onun barəsində həm də digər avtomobilin sürücüsü barədə qərar qəbul edəcəyini bildirmiş, polis əməkdaşına onun günahının olmadan niyə qərar qəbul etdiyini soruşanda belə daha düzgün olacağını və narahat olmağa səbəb olmadığını bildirmiş, İXM-nin 327.1ci maddəsi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək qərarı ona təqdim etmişdir. Bundan sonra avtomobildə ailə üzvləri, ankoloji xəstəlikdən əziyyət çəkən oğlu olduğundan Avtomobili Göyçay şəhərinə gətirmişdir. Hadisə nəticəsində avtomobilinə 3500 manat dəyərində maddi ziyan dəymişdir. 19.04.2021-ci il tarixdə sığorta şirkəti ilə əlaqə saxlayarkən, avtomobilinə dəymiş ziyanın yarısının ödəniləcəyi bildirilmişdir. Sığorta şirkətinə dəymiş ziyanın yarısı ödəyəcəksiniz deyə bildirəndə, hadisənin hər iki tərəfin təqsirli hərəkətləri nəticəsində baş verdiyi bildirmişlər. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır, ona görə ki, inzibati tənbeh vermə haqqında qərarda guya ara məsafəsi saxlamadığı üçün yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin qeyd edilən hadisə zamanı öz hərəkət zolağında sürət həddinə riayət edərək hərəkətdə olarkən Mercedes Benz minik markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobil onun yoluna çıxaraq avtomobilin sağ qapı (krelo) hissəsində vurmuşdur. Baş Dövlət Yol Polis İdarəsinin, Yol patrul alayının 5-ci tağım Yol Patrul inspektoru polis baş serjantı Nümayəndə Ramaz oğlu isə onun barəsində inzibati tənbeh vermə haqqında qərarı qanuni əsaslar olmadan, öz şəxsi mənafeyinə uyğun olaraq qəbul etmişdir. Buna görə də qərarın ləğv edilməsin xahiş etmişdir. DİN BDYPİ-nin V tağım patrul xidmət inspektoru polis baş serjantı Nümayəndə izahat verərək göstərmişdir ki, 10.04.2021-ci il tarixdə Qaraməryəm- İsmayıllı-Şəki yolunun 105-ci km-də yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X6 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X4 idarə etdiyi Mercedes Benz minik markalı **-BO- *** dövlət nömrə nişanlı avtomobili ilə ara məsafəsi saxlamamış, Mercedes Benz minik markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin sol krelosundan vurmuş, idarə etməni itirərək yolun solunda dayanmış, Vaz 21011 markalı **-BE-*** dövlət nömrə nişanlı maşınla toqquşmuş, daha sonra ağaca dəyərək dayanmışdır. Baş vermiş hadisə ilə bağlı sürücülərin izahatları alınaraq hər iki avtomobilin sürücüsü barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X8 göstərmişdir ki, 10.04.2021-ci il tarixdə Qaraməryəm- İsmayıllı-Şəki yolunun 105-ci km-də hərəkətdə olarkən düz xəttə sola dönmə edərkən arxadan gələn X3 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sol krelosundan vurmuş, idarə etməni itirərək yolun solunda dayanmış VAZ 21 011 markalı **- BE-*** dövlət nömrə nişanlı maşınla toqquşmuş, daha sonra ağaca dəyərək dayanmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin 10.04.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, X6 10.04.2021-ci il tarixdə Qaraməryəm- İsmayıllı-Şəki yolunun 105-ci km-də hərəkətdə olarkən ara məsafəsi gözləmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 40 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. X2 təqdim edilmişdir. Təqdim edilmiş sübutları araşdıran məhkəmə hesab edir ki, X9 oğlunun barəsində tərtib edilmiş 10.04.2020-cü tarixli 40 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair qərarın ləğv edilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X3 DİN BDYPİ-nin V tağım patrul xidmət inspektoru polis baş serjantı Nümayəndə 10.04.2021-ci il tarixli qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X3 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X3 DİN BDYPİ-nin V tağım patrul xidmət inspektoru polis baş serjantı Nümayəndə tərəfindən 10.04.2021-cu il tarixli İXM-nin 327.1-ci maddəsi ilə 40 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-129/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-129/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver