Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-131/2025 27.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.1994-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Göyçay şəhəri, Bakı küçəsi ev 1 A, mənzil 36-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 16 fevral 2025-ci il tarixdə Göyçay rayonunda toyda qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı istehlak etmişdir. İnzibati xəta hadisənin olması 26 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahid izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə tanışları ilə birlikdə Göyçay şəhəri, Bakı küçəsində yerləşən yaşayış binasının qarşısında spirtli içki qəbul edərək yemək yeyirdilər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və onların narkotik vasitə istifadəçisi olmaqlarından şübhələnib onları rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra narkoloji həkim müayinəsindən keçmiş, müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. O sonuncu dəfə 10 gün bundan əvvəl narkotik vasitə olan marixuanadan toyda istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il taixdə saat 18 radələrində Göyçay şəhəri, Əli Kərim küçəsində xidmət aparan zaman dörd nəfər şəxsin hərəkətlərində qeyri dəqiqlik, ifadəsinin və nitqinin rabitəliyinin pozulmasını, özlərini həyəcanlı apardığını görmüş, buna görə də onları narkotik vasitələrin təsiri altında olmasından şübhələndiyi üçün rayon polis şöbəsinə dəvət etmişdir. Sonradan Şəxs narkoloji müayinədən keçirilmiş, nəticədə Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 203 saylı protokoluna görə Şəxs narkoloji sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 023805 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:40-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 203 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs THC marixuana aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 715/2025 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitə olan marixuananın təsiri altında olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə çəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın 26 fevral 2025-ci il tarixli 293 nömrəli rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şəxs təxminən 16 fevral 2025-ci il tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı istehlak etmiş,əməlində İXM-in 206-cı maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olması barədə xarakteri, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin tətbiqi inzibati tənbehin məqsədlərinə xidmət etmədiyindən, barəsində müəyyən müddətə inzibati həbs tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək,barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 25 fevral 2025-ci il tarixdən saat 23:40-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-131/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-131/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver