Məhkəmə qərarları › İş №3(046)-132/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-132/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-132/2021 28.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Göyçay şəhəri Atatürk küçəsi ev 52, mənzil 60-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində 28 aprel 2021-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin böyük icra məmuru X1 tərəfindən 27 aprel 2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Şirvan Apelyasiya Məhkəməsinin 22.08.2017-ci il tarixli 2(107)-593/2017 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs xeyrinə bir uşağın saxlanması üçün aylıq qazancının ¼ hissəsi məbləğində alimenti ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin 22.08.2017-ci il tarixli 2(107)-593/2017 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs xeyrinə bir uşağın saxlanması 160 manat sabit pul məbləğində aliment və aylıq qazancının ¼ hissəsinin tutulması qət edilmişdir. Tələbkarın xeyrinə hər ay 160 manat məbləğində alimenti ödəyir,lakin heç bir yerdə işləmədiyindən aylıq qazancının ¼ hissəsi məbləğində aliment ödəyə bilmir. Buna görə də barəsində tərtib edilmiş protokolun icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin 22.08.2017-ci il tarixli 2(107)-593/2017 saylı icra vərəqəsinə əsasən onun xeyrinə bir uşağın saxlanması 160 manat sabit pul məbləğində aliment və aylıq qazancının ¼ hissəsinin tutulması qət edilmişdir. Borclu qazancının ¼ hissəsi qədər alimenti ödəməkdən imtina edir.Buna görə də barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxsnın Şirvan Apelyasiya Məhkəməsinin 22.08.2017-ci il tarixli 2(107)-593/2017 saylı icra vərəqəsi üzrə qazancının ¼ hissəsi məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməməklə Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1.-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar