Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-133/2025 10.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 ərizəsini müdafiə edərək belə əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində saat 12:22-də idare etdiyim Changan Alsvin markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitesi ilə M-2 E60, AH 5 Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 279-cu kmliyinda (Yevlax istiqaməti) hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşdığı müəyyən edilmiş, barəsində EQ25491009 nömrəli elektron protokol tərtib olunmuş və mən, 2 bal ve 50 manat məbləğində cərimə edilmişdir. Yol patrul xidməti avtomobilinin təhkim edildiyi yol patrul xidməti əmakdaşı "Yol hərəkəti haqqında qanunun 52-ci maddəsinin 4.7-ci bəndinin və 50-ci maddəsinin 7-ci bəndinin tələblərini kobud şəkildə pozaraq mənim barəmdə elektron protokol tərtib edilməsinə səbəb olmuşdur.Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radann mövcudluğu barədə məlumat vermək məqsədi ilə 6.14 "'İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdın İması" nişanı quraşdırılmalıdır. Belə servis nişam və ya 3.24 nişanı, yaşayış məntəqələrindən kənarda müvafiq mdardan ***-**** metr qabaqda yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Bildirirəm ki, hərəkət etdiyim yolda yol patrul xidməti avtomobili 3.24 nişanından təxminən 90-100 metr sonra ı-patrul xidməti apararaq Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin Vİİ hissəsinin tələblərini pozmuşdur. Həmçinin, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV bəndınm 7-cı yarımbəndınə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanmaq qadağandır. Bildirirəm ki, yol patrul xidməti avtomobili dayanacaq meydançasının qarşısında yolun hərəkət hissəsində xidmət apararaq Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV bəndinin 7ci yarımbəndinin tələblərim pozmuşdur. Bundan əlavə, "Yol-patrul xidməti haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli, 12 may 2017-ci il tarixli qərannın 4.3-cü bəndinə əsasən patrul avtomobili və YPX inspekton,yol hərəkəti iştirakçıları üçün kifayət edecək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudladıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lovhələri va s.) arxasında, o cümlədən Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Lakin YPX əməkdaşı həm "Yol hərəkəti haqqında" qanunun tələblərinə, həm də , Yol-patrul xidməti haqqında Təlimatın tələblərinə məhəl qoymamış, qanuna zidd olaraq dayanma, durma və parklanmanın qadağan olduğu yerdə xidmət apararaq inzibati tənbehvermə haqqında qərarın qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyinin qərarlar normativ hüquqi akt hesab olunur və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikas Konstitusiya qanununa görə normativ hüquqi aktların icrası hamı üçün məcburidir. Qeyd edilənlərdən belə məlum olur ki, mənim barəmdə EQ 25491009 nömrəli elektron protokol tərtib edildikdə qanuna zidd olaraq əldə olunan sübutlardan istifadə olunmuşdur. Bu da barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğvi üçün əsasdır. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş foto görüntülərindən görünür ki, X4 11xx.xx.2025-ci il tarixində saat 12:22-də idare etdiyim Changan Alsvin markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitesi ilə M-2 E60, AH 5 Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 279-cu km-liyinda (Yevlax istiqaməti) hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21- 40 km/saat aşmışdır. Eləcə də foto görüntüdə YPX-i avtomobilinin qanunla müəyyən edilmiş qaydada idarə etdiyi müəyyən edilməmişdir. Məhkəmə iclasında biri digərini təkzib etməyən sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Yol-patrul xidməti haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli, 12 may 2017-cİ il tarixli qərarının 4.3-cü bəndinə əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixində saat 12:22də idare etdiyim Changan Alsvin markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitesi ilə M-2 E60, AH 5 Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 279-cu km-liyinda (Yevlax istiqaməti) hərəkətdə olarkən onun surət həddini aşdığını qeydə alan YPX-i avtomobili qanunla müəyyən edilmiş qaydada idarə etməmiş, qadağan edilmiş yerdə YPX-nin avtomobili dayanmış və görünən məsafədə olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixində saat 12:22-də idare etdiyim Changan Alsvin markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitesi ilə M-2 E60, AH 5 Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 279-cu kmliyinda (Yevlax istiqaməti) hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşdığı müəyyən edilməsinə dair sübut, qanunda nəzərdə tutulmuş qaydada əldə edilməmişdir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs X3 şikayəti təmin edilməli, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilsin. X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat inzibati qaydada cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25491009 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-133/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-133/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver