Məhkəmə qərarları › İş №3(046)-134/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-134/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-134/2021 03.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs İmsayıl oğlunun iştirakı ilə, xx.xx.1967 il tarixdə Qəbələ rayonu Torpağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu Torpağ kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində 03 may 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 03 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokolları tərtib edilmişdir ondan ötrü ki, Şəxs 16.11.2020-ci tarixdə Göyçay rayonu ərazisində Zərərçəkmiş şəxs İmsayıl oğluna məxsus 200 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, 16.11.2020ci tarixdə Göyçay rayonu ərazisində Zərərçəkmiş şəxs İmsayıl oğluna məxsus 200 manat məbləğində pulu ələ keçirmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş Zərərçəkmiş şəxs İmsayıl oğlu izahat verərək göstərmişdir ki, Şəxs 16.11.2020-ci tarixdə Göyçay rayonu ərazisində ona məxsus 200 manat məbləğində pulu ələ keçirmişdir. Belə ki, Şəxs onu işə düzəldəcəyi adı altında aldatmış, ondan 200 manat pul almışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 05.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati tutma haqqında 02.05.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 02.05.2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən halın olmadığını, eləcə də il ərzində eyni inzibati xətanı təkrarən iki dəfə törətdiyini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 03 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 02.05.2021-ci il tarixdən saat 18:35-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar