Məhkəmə qərarları › İş №3(046)-134/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-134/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-134/2025 13.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Göyçay rayon prokurorluğundan daxil olmuş materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 22:00-da Şəxs etibarnamə əsasında Opel markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin İV bəndinin və 77-ci maddəsinin İ bəndinin tələblərini pozaraq baş yolda hərəkət edən nəqliyyat vasitəsini gözləmədən yola çıxması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsində Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid edilmiş xəsarət almış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə törətdiyi əməli etiraf edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində etibarnamə əsasında Opel markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən baş yolda hərəkət edən nəqliyyat vasitəsini gözləmədən yola çıxmış, Zərərçəkmiş şəxs idarə etdiyi Lada Vaz 2106 markalı **-GM-*** dövlət nömrə nişanlı avtomobili vurmuş, nəticədə baş vermiş yol nəqliyyat hadisəsində Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid edilmiş xəsarət almışdır. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025- ci il tarixdə saat 22 radələrində özünə məxsus Lada Vaz 2106 markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayonu Kürdşaban kəndində üzü Ucar rayonu istiqamətində gedərkən qəflətən sağdan avtomobil yoluna Opel markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxmış, idarəetməni itirərək sola çəkmək istəyərkən Şəxs idarə etdiyi Opel markalı avtomobillə toqquşmuşdur. Nəticədə xəsarət almış, Göyçay RMX-da alt çənəsinə tikiş qoyulmuşdur. Hazırda inzibati xəta törətmiş şəxslə barışmış, şikayəti və tələbi yoxdur. İnzibati materiala əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 50 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - çənə altı nahiyədə çapıq küt - bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2025-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi halı inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin Həmin məcəllənin 327.8.-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona 300 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar