Məhkəmə qərarları › İş №3(046)-136/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-136/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-136/2024 19.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Şəxs iştirakı ilə, barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə xx.xx.1977-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Göyçay rayonu Kürd kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan TULA markalı 16 kalibrli, 67455 nömrəli qoşalüləli ov tüfəngini özündə saxlamış, mülki silahın qeydiyyat qaydasını pozmuşdur. Göyçay rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib, TULA markalı 16 kalibrli, 67455 nömrəli qoşalüləli ov tüfəngi müsadirə edilməklə, ona 80 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilmiş, ş üzrə inzibati xətanın predmeti olan Göyçay rayon Polis Şöbəsində saxlanılan TULA markalı 16 kalibrli, 67455 nömrəli qoşalüləli ov tüfəngi dövlət nəfinə müsadirə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 3(046)-689/2023 nömrəli qərarı ləğv edilmiş, İnzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Göyçay rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmədə izahat verən Şəxs göstərmişdir ki, inzibati xətanın predmeti olan TULA markalı, 16 kalibrli, 67455 nömrəli qoşalüləli ov tüfəngi mərhum qardaşı X2 məxsus olmuşdur. Həmin ov tüfəngini saxlaması və istifadə etməsi üçün mərhum qardaşı X4 rayon Polis şöbəsi tərəfindən icazə verilmiş və bu barədə Q-115, 2007-ci ilin sentyabr ayı qeyd edilmiş şəhadətnamə verilmişdir. X5 vəfat etdikdən sonra ondan miras qalmış əmlakları həyat yoldaşı faktiki qəbul edərək, istifadə edir və öz mülkiyyəti kimi qoruyur. 2023-cü ilin noyabr ayının ortalarında mərhum qardaşının həyat yoldaşı ona zəng edərək, yaşadığı ünvana sahə müvəkkili gəldiyini, Mirəli Qədirovdan miras qalmış ov tüfəngini qeydiyyat salmaq üçün Göyçay rayon Polis şöbəsinə gətirilməli olduğunu bildirmişdir. O da qardaşının həyat yoldaşının polis şöbəsinə getməsini rəva bilməyib, qardaşından miras qalmış ov tüfəngini polis şöbəsinə aparmışdır. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X7 rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyevə müraciət edərək xx.xx.2023-cü il tarixdə təhkim olduğu 2 saylı inzibati ərazi üzrə vətəndaşlara məxsusmülki ov silahını yoxlayan zaman Göyçay rayonu, Kürd kəndində yaşayan Şəxs, mərhum qardaşı X2 məxsus qoşalüləli, “Tula” markalı, 16 kalibrli, 67455 nömrəli ov silahını müvafiq icra hakimiyyəti orqanından icazə almadan özündə saxlaması tərəfindən aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, qoşalüləli, “Tula” markalı, 16 kalibrli, 67455 nömrəli ov silahı hal şahidlərinin xx.xx.2023-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, qoşalüləli, “Tula” markalı, 16 kalibrli, 67455 nömrəli ov silahı hal şahidlərinin iştirakı ilə götürülərək Göyçay rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, 3-13-26/2-40461/2023 saylı məktubdan görünür ki, qoşalüləli, “Tula” markalı, 16 kalibrli, 67455 nömrəli ov silahı yivsiz ov silahıdır, Göyçay rayon Polis Şöbəsinin odlu silahın uçotu və qeydiyyat kitabında Q-155 nömrəli şəhadətnamə əsasında qeydiyyatdadır. X1 ölüm haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.2023-ci il tarixində vəfat etmişdir Xidməti və mülki silah haqqında qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən vətəndaş qanuni əsaslarla mülkiyyətində olan mülki silahı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını əvvəlcədən xəbərdar etməklə mülki silahı əldə etmək üçün xüsusi icazəsi olan şəxsə bağışlaya və ya vəsiyyətlə miras qoya bilər. Həmin qanunun 14-cü maddəsinin 2-ci bəndinə əsasən qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməli və ya satmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs mərhum qardaşı X3oğlunun vəfatından sonra miras əmlakla bağlı müraciət etməmiş, faktiki olaraq idarə etməmişdir. Bundan başqa Şəxs mərhum qardaşı X3 ilə birlikdə yaşamamışdır. İşin hallarından görünür ki, mərhum atası X2 məxsus qoşalüləli, “Tula” markalı, 16 kalibrli, 67455 nömrəli ov silahı müvafiq icra hakimiyyəti orqanın icazəsi olmadan saxlamamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsini tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığında barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar