Məhkəmə qərarları › İş №3(046)-136/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-136/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-136/2025 04.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X3 iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Göyçay şəhəri, R.Rza küçəsi, dalan 1, ev 5-də qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Göyçay rayon polis şöbəsinin inzibati binasında DYPB-nin rəisi Zərərçəkmiş şəxs ilə mübahisə yaradaraq ucadan danışaraq səs-küy salmış, onu nizam-intizama dəvət edən DYPB-nin rəisi Zərərçəkmiş şəxs qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X8 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X5 nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və avtomobili duracağa yerləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis şöbəsinə gələrək DYPB-nin rəisi Zərərçəkmiş şəxs yaxınlaşmış, Akşin Şıxməmmədovun onun yaxın qohumu olduğunu, həkim müayinəsindən keçirilməsi üçün Akşinin ekspertizaya göndərilməməsini bildirmiş, bu zaman aralarında mübahisə yaranmış, mübahisə daha sonra Zərərçəkmiş şəxs xidməti iş otağında davam etmişdir. Şəxs Zərərçəkmiş şəxs xidməti otağında ucadan səs-küy salmış, Zərərçəkmiş şəxs Şəxs sakitləşdirmək istəyərək dəfələrnən nizam-intizama dəvət etmiş, lakin o, qanuni tələblərə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra onun barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, X5 onun dayısının oğludur. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində X10 şəhəri ərazisində avtomobili idarə edərkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin vaxt o da avtomobildə olmuşdur. Daha sonra o, rayon polis şöbəsinə daxil olaraq polis şöbəsinin həyətində DYPB-nin rəisi Zərərçəkmiş şəxs yaxınlaşmış, Akşin Şıxməmmədovun onun yaxın qohumu olduğunu deyərək onun ekspertizaya göndərilməməsini xahiş etmiş, həmin vaxt Zərərçəkmiş şəxs səs-küy salaraq qışqırmağa başlamış, bu zaman aralarında mübahisə yaranmışdır. Təxminən 15-20 dəqiqə sonra o, Zərərçəkmiş şəxs xidməti iş otağına girmiş, “rəis məsələ nədirsə haqq hesabımızı edək həll edək çıxaq gedək burda çətin bir şey yoxdur” dedikdə Zərərçəkmiş şəxs əsəbləşərək səs-küy salmağa başlamışdır. Polis şöbəsində hadisənin şahidi olan polis əməkdaşlarının heç biri onun orada nizam-intizamsızlıq edərək səs-küy salmasını təsdiq edə bilməz. Belə ki, o polis şöbəsində səs-küy salmamış, nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Göyçay rayon polis şöbəsinin DYPB-nin rəisi Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs ilə əvvəlcədən heç bir tanışlığı yoxdur. xx.xx.2025-ci il tarixdə Göyçay şəhəri, Nizami küçəsində xidmət aparan zaman həmin vaxt hərəkətdə olan “Vaz 21011” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nömrə nişanı mövcud standartlara uyğun olmadığı üçün xidmət aparan DYPB-nin inspektorları, polis baş serjantı Şahid Muradov və polis baş serjantı Elvin Bəkirov tərəfindən saxlanılaraq avtomobilin idarə edən sürücü X1 etdiyi qayda pozuntularını izah etdikdən sonra nəqliyyat vasitəsini Göyçay rayon polis şöbəsinin inzibati duracağına yerləşdirmişdir. Həmin vaxt tərəflərindən sürücü Akşin Şıxməmmədov spirtli içki və ya narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda, ilkin olaraq özünü qeyri-səmimi aparsa da, sonradan narkotik vasitə istifadə edərək avtomobili idarə etməsini bildirmişdir. Bu zaman sürücü inspektorlar Şahin Muradov və Elvin Bəkirov tərəfindən xidməti otağına gətirilmiş, tərəfindən YPX əməkdaşlarına həmin şəxsi Mingəçevir şəhər Narkoloji Disponserində həkim müayinəsindən keçirilməsini göstəriş vermişdir. Daha sonra xidməti otağından çölə çıxmış, X2 müayinəyə aparılmadığını görərək inspektorlara irad bildirmişdir. Bu zaman Şəxs “nə qışqırırsan, nə olub” deyə cavab verdikdə Şəxs içkili olduğunu düşünüb onun sözünə heç bir əhəmiyyət verməyərək xidməti iş otağına gəlmiş, bir qədər sonra Şəxs xəbərdarlıq etmədən otağa daxil olaraq “ə bu düşmənçilik sənə xeyr verməz, mənimlə düşmənçiliyə getmə” dedikdə ona kim olduğunu və bura nə səbəbə görə gəldiyini demiş, dəfələrnən Şəxs xidməti otağı tərk etməsini bildirməsinə baxmayaraq, o sözlərinə məhəl qoymamış, “pulunu al işini gör düşmənçilik sənə heçnə qazandırmaz” deyərək öz hərəkətlərini davam etdirməyə başlamışdır. Həmin vaxt o Rəsul Cavadovun daha da aqresiv şəkildə davranmasından ehtiyyat edərək rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermiş, təhvil verildikdə onun üzərinə baxış keçirilən vaxt soyuq silah olan beşbarmaq çıxmış, raportla müraciət olunaraq beşbarmaq təhqiqat bölməsinə təhvil verilmişdir. Hal-hazırda Şəxs şikayətçidir. Barəsində ən ağır cəza növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon polis şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X12 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Göyçay şəhəri, Nizami küçəsində xidmət aparan zaman “Vaz 21011” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 etdiyi qayda pozuntularını izah edildikdən sonra nəqliyyat vasitəsini Göyçay rayon polis şöbəsinin inzibati duracağına yerləşdirmişdir. Polis şöbəsinin həyətində gözləyən zaman DYPB-nin rəisi Zərərçəkmiş şəxs onlara nə səbəbə görə burada gözlədiklərinə irad bildirərək sürücü Akşin Şıxməmmədovu narkoloji dispanserə apararaq müayinədən keçirilməsi üçün getməklərini bildirmişdir. Daha sonra rayon polis şöbəsinə gələn Şəxs qohumunu saxlanılması ilə bağlı Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamış, sonra mübahisə Zərərçəkmiş şəxs xidməti iş otağında davam etmişdir. Həmin vaxt o DYPB-nin girəcəyində dəhlizdə olmuş, otağdan səs-küy gəldiyini eşitmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi X7 çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, müdafiə etdiyi şəxs təqsirli olduğu halın baş verməsini etiraf etmir. Şahid qismində izahat vermiş Göyçay rayon polis şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X12 hadisə vaxtı DYPB-nə daxil olan pilləkənlərdə olduğunu, müəyyən səslər eşitdiyini, lakin səslərin kimə aid olduğunu izah edə bilməmişdir. Buna görə də iş üzrə əməl sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Göyçay rayon polis şöbəsinin inzibati binasında DYPB-nin rəisi Zərərçəkmiş şəxs ilə mübahisə yaradaraq ucadan danışaraq səs-küy salmış, onu nizam-intizama dəvət edən Zərərçəkmiş şəxs qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Göyçay rayon polis şöbəsinin avtomobil dayanacağında və DYPB-nin rəisi Zərərçəkmiş şəxs xidməti otağında ucadan danışaraq səs-küy salmış, bu isə son nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokolu təhlil etdikdə aydın olur ki, ona münasibətdə həmin inzibati-hüquqi normalar əsassız və qanunsuz olaraq şamil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə tövsif edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair’’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə şərh olunmuşdur ki, "cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Göründüyü kimi barəsində protokol tərtib edilmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Göyçay rayon polis şöbəsinin inzibati binasında DYPB-nin rəisi Zərərçəkmiş şəxs xidməti otağında ucadan danışaraq səs-küy salması işin yuxarıda göstərilən halları ilə sübuta yetirildiyindən məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi vardır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ucadan danışaraq səs-küy salmadığını bildirsə də, onun izahatındakı həmin xüsusatlarla məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilmişdir. Belə olan halda məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar irəli sürdüyü dəlilləri özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5 (beş) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 03 mart 2025-ci il tarixdən saat 15:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X6 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar