Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-137/2024 18.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər X10 İdarəsinin polis baş leytenantı X4 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X10 İdarəsinin polis baş leytenantı X4 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində “BMC” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhər Xətai rayonu, 8 Noyabr prospektində, saat 22:45 radələrində üzü Nargilə dairəsi istiqamətində hərəkətdə olarkən, onunla eyni istiqamətə hərəkət edən “BMC' markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü, idarə etdiyi avtobusun sağ yan hissəsini vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. Qeyd edir ki, 8 noyabr prospekti 4 zolaqlı yoldur. Ondan sağda hərəkət edən '"BMC" markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü, irəlidə yolun dönməsini görüb güzgüyə baxmadan və verdiyi siqnala əhəmiyyət vermədən sükanı sola çevirərək, onun zolağına çıxmış və nəticədə idarə etdiyi avtobusun sağ yan şüşələrinə və dəmir konstruksiyalarına zərər yetirmişdir. Hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verib hadisəni qeydiyyata aldırmış, hadisə yerinə Bakı şəhər X10 İdarəsinin polis baş leytenantı X6 yaxınlaşaraq sənədlərini almış və xx.xx.2024-cü il tarixində saat 09:00-da Bakı şəhər DYPİ-nə yaxınlaşmasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 09:00-da Bakı DYPİ-nə yaxınlaşdıqda inspektor hadisəni araşdırmadan, hadisəni əks etdirən videogörüntü olmadan, onun təqsirini sübuta yetirə biləcək hər-hansı bir sübut olmadan və ən əsası izahatı alınmadan öz şəxsi subyektiv fikirlərinə əsaslanaraq barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokola əsasən xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bununla bağlı inspektora etirazını bildirmiş və izahatının alınmasını, hadisəni ətraflı araşdırılmasını tələb etmiş, lakin inspektor onun sözlərinə məhəl qoymayaraq barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı inspektordan tələb etməsinə baxmayaraq inspektor qərarı ona verməmişdir. Bununla bağlı əmək müqaviləsi ilə işlədiyi müəssisənin hüquq sektoruna müraciət etmiş, qərarın Bakı şəhəri DYPİ polis baş leytenantı X2 alınması üçün köməklik göstərilməsini xahiş etmişdir. Hüquq sektorunun müdiri Rüstəm Cəfərovun müdaxiləsindən sonra xx.xx.2024-cü il tarixli qərarı Bakı şəhər DYPİ-dən ala bilmişdir. Qərar verilən zamanda nə onun izahatı alınmış, nə də yol nəqliyyat hadisəsinin sxemi çəkilməmişdir. Hüquq sektorunun müdiri Rüstəm Cəfərov hadisənin baş vermə anının əks etdirən videogörüntüləri hadisə inspektoruna təqdim edərək araşdırmanın düzgün aparılmasını tələb etsə də, barəsində ədalətsiz və haqsız qərar qəbul edilmişdir. "xxxx" MMC-nin sifarişi əsasında istehsalçı tərəfindən sərnişin avtobuslarında quraşdırılmış videoqeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi tam olaraq əks olunmuşdur. Əlavə olaraq qeyd etmək istəyir ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı olan hər iki sərnişin avtobusu "xxxx" MMC-nin mülkiyyətindədir və hər gün yol vərəqəsi əsasında sürücülər tərəfindən idarə olunur. Bundan başqa onu vuran ‘'BMC“’ markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda quraşdırılmış təhlükəsizlik kameralarında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunmuşdur. Videoda tam aydın şəkildə görünür ki, 'BMC“’ markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü sükanı çevirərək hərəkət zolağını dəyişmiş və nəticədə hadisə baş vermişdir. "xxxx" MMCnin hüquq sektoru tərəfindən hadisə araşdırılan zaman onun günahsız olmağı öz təsdiqini tapmış, lakin inspektor tərəfindən araşdırma aparılmamış və verilən ədalətsiz qərar baş vermiş hadisədə dəymiş maddi ziyanın ondan tutulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən Bakı şəhər X10 İdarəsinin polis baş leytenantı X4 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada qərarından şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən qərarında şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Bakı şəhər X10 İdarəsinin təqdim etdiyi video görüntüdən görünür ki, eyni istiqamətli hərəkət zolağı ilə hərəkətdə olan sərnişin avtobusu sol hərəkət zolağına çıxaraq digər sərnişin avtobusunun arxa sağ hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün şikayətdə qeyd olunan xüsusatların dəqiqləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən 28 fevral 2024-cü il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİnin X10 İdarəsinə sorğu verilərək inzibati xəta pozuntusunun baş verdiyi yerin video müşahidə kameraları vasitəsilə ilə qeydə alınan görüntülərinin məhkəmənin növbəti iclasına kimi təqdim olunması xahiş olunmuş, sorğuya cavab olaraq inzibati xəta hadisənin baş verdiyi yerdə video görüntünün qeydə alınmadığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 327.2-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarda inzibati xətanının törədilməsini kifayət qədər təsdiq edən sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti, qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X10 İdarəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər X10 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan videogörüntüyə əsasən müəyyən edilmişdir ki, yolnəqliyyat hadisəsinin baş verməsi nəticəsində bir sərnişin avtobusu (şikayətçinin bildirdiyinə görə onun idarə etdiyi) dörd zolaqlı yolun ikinci zolağında hərəkətdə olan zaman digər sərnişin avtobusu birinci zolaqdan ikinci zolaga doğru hərəkət edərək həmin yolda hərəkətdə olan avtobusun arxa sağ tərəfinə dəymiş və bununla da yol-nəqliyyat hadisə törətmişdir. Həmin videogörüntülərdə sərnişin avtobuslarının dövlət qeydiyyat nişanları görmək mümkün olmamışdır. Yalnız məhkəmə videogörüntülərin şikayətçi tərəfindən təqdim olunmasını və həmin görüntülərin məhz onun idarə etdiyi sərnişin avtobusundan çəkildiyinin bildirməsini ağlabatan hesab edərək, eyni zamanda protokolu tərtib etmiş orqanın məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq məhkəmədə iştirak etmədiyindən və protokolun qanuni və əsaslı olduğunu təsdiq edən hər hansı sübutun təqdim etmədiyindən şikayətin əsaslı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər X10 İdarəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 İXM-nin 327.1 maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat cərimə edilməsinə dair Bakı şəhər X10 İdarəsinin polis baş leytenantı X4 “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-137/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-137/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver