Məhkəmə qərarları › İş №3(046)-138/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-138/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-138/2021 06.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş şəxs Göyçay rayon Proflaktik Dezinfeksiya şöbəsinin müdiri Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 214-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində 06 may 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 06 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokolları tərtib edilmişdir ondan ötrü ki, Şəxs 24.04.2021-ci il tarixdə gecə saatlarında Göyçay şəhəri Şəhriyar küçəsində yerləşən Dezinfeksiya profilaktik şöbəsindən dəyəri 30 manat olan elektrik qoruyucu qutunu, 45 manat dəyərində olan 45 metr uzunluqunda elektirk naqilini və 22 manat dəyərində elektrik ayrıcısını oğurlamaqla, ümumilikdə zərərçəkmiş şəxs Proflaktik Dezinfeksiya şöbəsinə 97 manat dəyərində maddi ziyan vurmuşdur. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, 24.04.2021ci il tarixdə gecə saatlarında Göyçay şəhəri Şəhriyar küçəsində yerləşən Dezinfeksiya profilaktik şöbəsindən 45 metr uzunluqunda elektirk naqilini oğurlamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş Göyçay rayon Proflaktik Dezinfeksiya şöbəsinin müdiri Salmanov X1 X2 şəhəri Şəhriyar küçəsində yerləşən Dezinfeksiya profilaktik idarəsindən 45 metr uzunluqunda elektirk naqilini oğurlamışdır. Nəticədə şöbəyə 97 manat maddi ziyan vurulmuş, dəymiş zərər ödənilməmişdir. Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs taladığı əmlakların dəyəri 500 manatdan az olduğunu üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06.05.2021-ci il tarixdə saat 09:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 2 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 06.05.2021-ci il tarixdən saat 09:10-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar