Məhkəmə qərarları › İş №3(046)-145/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-145/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-145/2024 06.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1 və inzibati xəta törətmiş Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində X5 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İXM-nin 428.7.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay şəhəri H.Əliyev prospektində yerləşən «X7» obyektinin üzərində açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirilmişdir. X5 İdarəsinin nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay şəhəri H.Əliyev prospektində yerləşən «X7» obyektinin üzərində açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirmişdir. Dəfələrlə ona müqavilə bağlanmsıə təklif edilməsinə baxmayaraq müqavilə bağlamadan qanunsuz reklam yaymışdır. Şəxs izahat verərək göstərmişdir ki, açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq icazə alınmasından məlumatı olmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs Göyçay şəhəri H.Əliyev prospektində yerləşən «X7» obyektinin üzərində açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz olaraq reklam yayımı həyata keçirir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə İnternet Vergi İdarəsində çıxarışdan görünür ki, Şəxs ********** saylı VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Şəxs vəzifəli şəxs hesab edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən «X7» obyektinin üzərində açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq Şəxs inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar