Məhkəmə qərarları › İş №3(046)-147/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-147/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-147/2025 19.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Mehdiyeva Ləman Vidadi qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.2004-cü ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qax rayonu, Dəymədağlı kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Vaz 2106” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayon ərazisindən keçən 210-cu kilometrliyində hərəkətdə olarkən yol hərəkəti qaydalarına əsasən tənzimlənmiş manevr etmə qaydalarını pozmuş və nəticədə “X7 315” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(046)-147/2025 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 700 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(046)-147/2025 nömrəli qərarından xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil tərəfindən şikayət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-98/2025 nömrəli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(046)-147/2025 nömrəli qərarı ləğv edilmişdir. İnzibati xəta haqqında protokol və materillar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılıaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 3 ildir ki, Göyçay rayonunda yerləşən kollecdə təhsil alır. xx.xx.2024cü il tarixdə yanında olan tanışları ilə birlikdə kağız almaq üçün mağazaya getmişlər. Getdikləri mağazanın görüntü kamerasından da göründüyü kimi xırda həcmli “Əfsanə” adlı pivə almış və avtomobili idarə edərkən yolda həmin pivəni qəbul etmişdir. Avtomobillə 60 km/s sürət ilə hərəkətdə olarkən Göyçay rayon “Aznar” adlanan ərazidə yaşadığı evin küçəsinə dönmək istəyən vaxt qarşı tərəfdən avtomobil gəlmiş, artıq həmin vaxt o, idarə etdiyi avtomobilin ön hissəsi dönmək istədiyi küçəyə tərəf girmişdi. Lakin buna baxmayaraq qarşı tərəfdən gələn avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsindən vuraraq sürükləmiş, qarşı tərəfdə olan dəqiq xatırlamadığı ağac və ya dəmirə dəymişdir. Bildirir ki, o, avtomobil ilə Yevlax istiqamətinə doğru hərəkət etmiş, küçəyə dönmək üçün dönmə işıqlarını yandırmışdır. Hadisə vaxtı onun heç bir təqsiri olmamışdır. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində idarə etdiyi “X7 315” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə xəstə aparmışdır. İşini yekunlaşdırıb geri qayıtmaq istəyərkən Bakı-Şamaxı- Yevlax yolunun Göyçay rayon ərazisindən keçən hissəsində Şəxs idarə etdiyi “Vaz 2106” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə dönmə işığı yandıraraq yolun sol hissəsinə çıxmışdır. Qeyd edir ki, o, idarə etdiyi avtomobil ilə Şəxs gözləməli deyildi. Belə ki, o Şəxs keçmək istəyərkən Şəxs əks istiqamətə qayıdaraq sağa tərəf dönmüşdür. Həmin vaxt yol-nəqliyyat hadisəsindən özünü qorumaq üçün köməkçi yola tərəf çıxmış, lakin hadisədən yayına bilməmişdir. Qeyd edir ki, yol-nəqliyyat hadisə zamanı aralarında 15 metr məsafə olmuş, hadisə vaxtı Şəxs sərxoş vəziyyətdə avtomobili idarə etmişdir. Göstərdiklərinə əsasən ona dəymiş ziyanın ödənilməsini və Şəxs barəsində müvaqif tədbirlər görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, o Hənifəyev Aqil ilə birlikdə “Opel” markalı avtomobil ilə Ağdaş rayonundan gəlmişlər. Həmin vaxt onlar hadisə yerində çatdıqda yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi Şəxs yolun sol hissəsinə çıxaraq yenidən sağ dönməsi səbəbindən olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə onlar xəstəni Bakı şəhərinə düşürdüb qayıtmışlar. Göyçay rayon “Aznar” adlanan ərazidə hərəkətdə olduqları avtomobilin surət həddi təxminən 80-90 km/s olardı. O, hərdən istifadəsində olan mobil telefona və yola baxırdı. Birdə yanında olan sürücünün “bunlar neynəmək istəyir, neyniyir” dediyini eşitdi. Hadisə vaxtdı digər avtomobilin yolun sol hissəsindən sağa dönərək onların üstünə gəldiyini görmüş, artıq onlar dönmə əməliyyatı edəndə Zərərçəkmiş şəxs hadisə baş verməməsi üçün avtomobili sağa tərəf çəkdi. Nə qədər sağa tərəf çəksə də, hadisə baş verdi və avtomobillər toqquşdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, o Şəxs ilə birikdə gecə saatlarında yol gəlirdilər. Avtomobillə dönmək istəyən zaman qarşıdan gələn avtomobil onları vurmuşdu. Daha sonra özündə olmadığı üçün hadisə yadında deyil. Yaddaşında Rəşidin idarə etdiyi avtomobilin sağ dönmə işığı vuraraq küçəyə dönməsi qalıb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Vaz 2106” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayon ərazisindən keçən 220-ci kilometrliyində hərəkətdə olarkən yol hərəkəti qaydalarına əsasən tənzimlənmiş manevr etmə qaydalarını pozmuş və nəticədə “X7 315” markalı **-JH- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Zərərçəkmiş şəxs İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 40 manat məbləğində cərimə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, HK-1403 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. 2. Material üzrə Zərərçəkmiş şəxs barəsində Azərbayçan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti BDYPl-nə göndərilmişdir. 3. Material üzrə X4 barəsində Azərbayçan Respublikasının İXM-nin 333.3-cü maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nə göndərilmişdir. Yol-nəqliyyat sxemindən görünür ki, “Vaz 2106” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X7 315” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında yolnəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax yolunun 219-cu kilometrliyində baş vermişdir. xx.xx.2024-cü il tarixli 1245 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə müayinə olunarkən orta dərəcəli alkoqol sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 706 saylı ekspertiza rəyin nəticə hissəsindən görünür ki, Şəxs məhkəm-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol əlüstü nahiyyədə dərinin epidermis qatının sıyrılmış yaraları küt-bərk əşyanın təsirindən törənmişdir., törənmə müddəti qərarın təsvir hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsindəəmələ gəlməsi halı istisna edilmir və sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələ\ri təyin edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/1380-4/995 nömrəli ekspertiza rəyindən görünür ki, fotoşəkilə görə hadisənin baş vermə ardıcılığının müəyyən olunması audio və video yazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından, uyğun olmadığından uyğun suallar üzrə tədqiqat aparılmamışdır. 1b2,3,4 yol-nəqliyyat hadisəsinin baş vermə ardıcılığı avtomobillərin hərəkət istiqamətlərinin və manevrlərinin müəyyən edilməsi istintaq yolu ilə müəyyən edilir. Nəqliyyat vasitələrinin fotoşəkillərinə əsasən yol-nəqliyyat hadisəsinin baş vermə ardıcılığı avtomobillərinin hərəkət istiqamətlərinin və manevrlərinin müəyyən edilməsi toqquşma anında hansı nəqliyyat vasitəsinin hərəkətdə olması, dayanması və ya manevr etməsini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. 5. Bu sualın cavabı rəyin tədqiqi hissəsində göstərilmişdir. 6. Mövcud metodikanın tələblərinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti toqquşma nəticəsində nəqliyyat vasitələri üzərində yaranmış deformasiyalara görə deyil, hadisə yerində qalmış tormoz izinə görə müəyyən edilir. Lakin qərara və yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əsasən hadisə yerində nəqliyyat vasitələrinə məxsus tormoz izi qalmadığından həmin nəqliyyat vasitələrinin hərəkət sürətlərini yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,məhkəmə tərəfindən təqdim edilmiş məlumatlar tədqiqatın aparılması üçün kifayət etmədiyindən ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilmir və iş üzrə onun inzibati tənbehin tətbiq edilməsi müddəti başa çatmışdır. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Vaz 2106” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayon ərazisindən keçən 210-cu kilometrliyində hərəkətdə olarkən yol hərəkəti qaydalarına əsasən tənzimlənmiş manevr etmə qaydalarını pozmuş və nəticədə “X7 315” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(046)-147/2025 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 700 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(046)-147/2025 nömrəli qərarından xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil tərəfindən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-98/2025 nömrəli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(046)- 147/2025 nömrəli qərarı ləğv edilmişdir. İnzibati xəta haqqında protokol və materillar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılıaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi qərarında birinci instansiya məhkəməsi qərar qəbul edərkən baş vermiş yol-nəqliyyat hadisəsinin Şəxs təqsiri ucbatından baş verib-verməsinin aydınlaşdırılmamasını, iş üzrə zərurət olduğu təqdirdə məhkəmə yolnəqliyyat hadisələri ekspertizası təyin edilməməsini və şahidləri dindirilmədən, yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar üzrə toplanmış materilları istinad etdiyini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin qərarında göstərilən hallar hərtərəfli, tam araşdırılmış, işlə bağlı şahidlər dindirilmiş, məhkəmə yolnəqliyyat hadisəsi ekspertizası keçirilmiş və ekspert qarşısında müvafiq sullar qoyulmuşdur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/1380-4/995 nömrəli ekspertiza rəyində fotoşəkilə görə hadisənin baş vermə ardıcılığının müəyyən olunması audio və video yazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından, uyğun olmadığından uyğun suallar üzrə tədqiqat aparılmadığı, 1b2,3,4 yol-nəqliyyat hadisəsinin baş vermə ardıcılığı avtomobillərin hərəkət istiqamətlərinin və manevrlərinin müəyyən edilməsi istintaq yolu ilə müəyyən edildiyi, nəqliyyat vasitələrinin fotoşəkillərinə əsasən yol-nəqliyyat hadisəsinin baş vermə ardıcılığı avtomobillərinin hərəkət istiqamətlərinin və manevrlərinin müəyyən edilməsi toqquşma anında hansı nəqliyyat vasitəsinin hərəkətdə olması, dayanması və ya manevr etməsini ekspertiza yolu ilə müəyyən etmək mümkün olmadığı, bu sualın cavabı rəyin tədqiqi hissəsində göstərildiyi, mövcud metodikanın tələblərinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti toqquşma nəticəsində nəqliyyat vasitələri üzərində yaranmış deformasiyalara görə deyil, hadisə yerində qalmış tormoz izinə görə müəyyən edildiyi və qərara və yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əsasən hadisə yerində nəqliyyat vasitələrinə məxsus tormoz izi qalmadığından həmin nəqliyyat vasitələrinin hərəkət sürətlərini yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün olmadığını bildirmişdir. Bundan başqa məhkəmə tərəfindən iş üzrə xx.xx.2025-ci il tarixdə əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, lakin ekspertin vəsatətdə qeyd etdiyi məlumatlar məhkəmədə olmadığından və onların təqdim təqdim edilməsi mümkün olmadığından, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək X4 barəsində Azərbayçan Respublikasının İXMnin 333.3-cü maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nə göndərilmişdir. X4 barəsində xx.xx.2025-ci il tarixdə protokol tərtib edilərək Göyçay Rayon Məhkəməsinə göndərilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(046)- 147/2025 nömrəli qərarından xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil tərəfindən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-98/2025 nömrəli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(046)- 147/2025 nömrəli qərarı ləğv edilmişdir. İnzibati xəta haqqında protokol və materillar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılıaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. Göründüyü kimi, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçmişdir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi gündən br ildən artıq müddət keçdiyindən, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı başlanmış icraata inzibati məsuliyyətə cəlb edilmə müddəti keçdiyinə görə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar