Məhkəmə qərarları › İş №3(046)-148/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-148/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-148/2024 15.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Barəsində qərar qəbul edilən şəxs X9, Qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası Qida X2 X16 nümayəndələri X10 və X4 iştirakı ilə, Azərbaycan Respublikası Qida X2 X16 rəisi X5 “inzibati tənbeh vermə haqqında” 16 fevral 2024-cü il tarixli MN ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Qida X2 X16 rəisi X5 “inzibati tənbeh vermə haqqında” 16 fevral 2024-cü il tarixli MN ******* saylı qərarı ilə X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat inzibati cərimə edilmişdir. Şikayət verən şəxs X14 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X2 X16 rəisi X5 16 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini xahiş etmişdir. Şikayət edən şəxs X14 şikayət ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən alınmış çıxarışa və Azərbaycan Respublikası Qida X2 X16 “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “Mega Maks” mağazasında yoxlama suallarının siyahısından seçilmiş 124, 137, 139 və 143-cü suallar üzrə Agentliyin Mərkəzi X16 əməkdaşları X20 və X7 tərəfindən yoxlama aparılmış və yoxlamanın nəticəsinə dair 16 fevral 2024-cü il tarixli MARB-YP-033 nömrəli akt tərtib edilmişdir. Həmin aktda - 124-cü sual üzrə mağazada çalışan işçilərin gigiyena qaydalarına riayət etmədiyi, təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) və fərdi mühafizə vasitələri (əlcək, maska, respirator, eynək) ilə təmin edilmədiyi məlum olmuşdur. Bununla da, qaydaların 2 nömrəli əlavənin 10.2-ci bəndinin tələbi pozulmuşdur. Əlyuma çanaqları gigiyena tələblərinə cavab verən birdəfəlik qurutma vasitələri ilə təmin edilməmişdir. Bununla da, qaydaların 2 nömrəli əlavənin 1.4-cü bəndinin tələbi pozulmuşdur. Mağazada satışı həyata keçirilən saçaqlı pendir məhsullarının müvafiq müşayiətedici sənədləri (baytarlıq ekspertiza aktı, baytarlıq şəhadətnaməsi, baytarlıq arayışı və s.) yoxlamaya təqdim edilməmişdir. Bununla da, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1 -ci maddəsinin tələbləri pozulmuşdur. 137-cı sual üzrə mağazada satışı həyata keçirilən süd məhsulları(kəsmik, şor, ayran) müvafiq temperatur rejimində saxlanılmır. Belə ki, süd məhsulları (kəsmik, şor, ayran) 14-15°C temperatur olan soyuducuda satışı həyata keçirilir. Mağazanın qastronom sahəsində mal qonşuluğu qaydalarına riayət edilmir, belə ki, saçaqlı pendir və balıq məhsulları bir yerdə saxlanılır. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaların 4.5-ci bəndinin tələbləri pozulmuşdur. 139-cu sual üzrə mağazada qida məhsulları ilə bilavasitə təmasda olan çalışan işçilər gigiyenik təlimlərə cəlb olunmamışdır. Bununla da, Qanunun 22.1 -ci maddəsinin tələbləri pozulmuşdur. 139-cu sual üzrə mağazanın anbar sahəsində ümumi sayı 17 ədəd olan 300 qr-lıq “Вкус Счастья” (xx.xx.2023-xx.xx.2024) əmtəə nişanlı südlü vafli məhsullarının son istifadə müddəti bitmişdir. Bununla da, “İstehlakçıların hüquqlarının müdəfiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.2-ci maddəsinin tələbləri pozulmuşdur. Tərtib edilmiş yoxlama aktına və inzibati icraatın digər materiallarına əsasən barəsində 05 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 220.2, 444.1, 447.0.2 və 447.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Qida X2 X16 rəisi X8 tərəfindən 16 fevral 2024-cü il tarixdə baxılmış və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda, eləcə də inzibati tənbeh vermə haqqında qərarda sahibkarlıq fəaliyyəti göstərdiyi “Mega Maks” mağazasında saxlama müddəti bitmiş məhsulların satışını həyata keçirdiyi göstərilmişdir. Lakin yoxlamanın nəticəsinə dair qəbul edilmiş 16 fevral 2024-cü il tarixli qərarda isə ümumi sayı 17 ədəd olan 300qr-lıq “Вкус Счастья” (xx.xx.2023xx.xx.2024) əmtəə nişanlı südlü vafli məhsullarının son istifadə müddəti bitmiş halda mağazanın anbar sahəsində saxlanıldığı göstərilmişdir. Fəaliyyət göstərdiyi mağazanın 2ci mərtəbəsində ərzaq məhsullarının satışı həyata keçirilir, 1-ci mərtəbəsində isə satış üçün nəzərdə tutulan ərzaq məhsulları saxlanılır. Anbardan ərzaq məhsulları satılması üçün mağazaya aparılarkən işçilər tərəfindən həmin məhsulların saxlama müddəti yoxlanılır və bundan sonra satışa buraxılır. Hazırda inzibati xətanın predmeti olan 17 ədəd olan 300qr-lıq “Вкус Счастья” əmtəə nişanlı südlü vafli məhsullarının son istifadə müddəti bitdiyi üçün işçilər tərəfindən kənarlaşdırılmış və şirkətə təhvil vermək üçün anbarda saxlanılmışdır. Yoxlama aparan Azərbaycan Respublikası Qida X2 X16 əməkdaşları həmin məhsulları satış nöqtəsindən deyil, anbardan aşkar etdiyi və bu faktı 16 fevral 2024cü il tarixli yoxlamanın nəticəsinə dair qəbul edilmiş qərarda qeyd etdikləri halda, əsassız və qanunsuz olaraq inzibati xəta haqqında protokolda, eləcə də inzibati tənbeh vermə haqqında qərarda son istifadə müddəti bitmiş 17 ədəd 300qr-lıq “Вкус Счастья” əmtəə nişanlı südlü vafli məhsullarının satışını həyata keçirdiyini bildirmişlər. Digər tərəfdən barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokola baxılması ilə əlaqədar inzibati işə baxılması xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilsədə, bildiriş xx.xx.2024-cü il tarixdə ona təqdim edilmişdir. Bununla da Azərbaycan Respublikası Qida X2 X22 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının tələblərini pozmuşdur. Şikayət edən şəxs X14 məhkəmədə şifahi izahat verərək ərizədə qeyd olunanları təsdiq etdi və əlavə olaraq bildirdi ki, mağazada çalışan işçilər xüsusi geyimlə və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Bu mağazada quraşdırılmış videomüşahidə kameralarının görüntüləri ilə təsdiq olunur. Eyni zamanda vaxtı keçmiş mallar ambarda saxlanılsa da, orada çalışan işçilər tərəfindən satışa çıxarılmamışdan əvvəl yoxlanılır. Məhkəmədən şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası Qida X2 X16 rəisi X5 16 fevral 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Qida X2 X16 nümayəndəsi X15 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən alınmış 23 yanvar 2024-cü il tarixli, KY242074712 nömrəli çıxarışa və Azərbaycan Respublikası Qida X2 X16 23 yanvar 2024-cü il tarixli, MARB-YP-033 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən X9 fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “Mega Maks" ərzaq məhsullarının satışı mağazasına 18, 121, 123, 124, 125, 126, 128, 130, 16, 137, 138, 139, 140, 143, 145, 150 və 153-cü suallar üzrə Agentliyin Mərkəzi X16 əməkdaşı X20 və X7 ilə birlikdə yoxlama aparmış və yoxlamanın nəticəsinə dair 09 fevral 2024-cü ıl tarixli MARB-YP-033 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş yoxlama aktına və inzibati icraatın digər materiallarına əsasən X9 barəsində 05 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə 1500 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, Seymur Muradovun şikayətində göstərdiyi dəlillər qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Seymur Muradova məxsus ərzaq məhsullarının anbarında aşkar edilmiş vaxtı keçmiş malların üzərinə “vaxtı keçmiş mallar satış üçün yarasızdır” qeyd edilməli olduğu halda edilməmişdir. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida X2 X16 nümayəndəsi X1 Elvin Müslüm oğlunun izahatına oxşar, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən alınmış 23 yanvar 2024-cü il tarixli, KY242074712 nömrəli çıxarışdan görünür ki, X11 məxsus ünvan 1 ünvanda yerləşən ərzaq məhsulları mağazasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yoxlama keçirilməsi müəyyən edilmişdir. -Azərbaycan Respublikası Qida X2 X16 23 yanvar 2024-cü ıl tarixli, MARB-YP-033 nömrəli “Yoxlamanın aparılması haqqında” qərarın surətindən görünür ki, X9 fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “Mega Maks" ərzaq məhsullarının satışı mağazasında siyahıdan seçilmiş yoxlama suallarının nömrələri 18, 121, 123, 124, 125, 126, 128, 130, 16, 137, 138, 139, 140, 143, 145, 150 və 153-dür. X14 həmin qərarla tanış olmuş və yoxlamanın keçirilməsinə etiraz etməmişdir. İnzibati xəta haqqında 05 fevral 2024-cü il tarixli MN ******* saylı protokolun surərindən görünür ki, ünvan 2 ünvanında yerləşən “Meqa Maks” mağazasında saat 16:30-da çalışan işçilərin tibbi müayinə sənədləri təqdim edilmamış, həminin mal qonşuluğu qaydasına riayət olunmadığı, malların saxlanılmasına dair tələb olunan temperatur rejiminə riayət olunmadığı, saxlama müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi, saçaqlı pendirin müvafiq müşahidəedici sənədlərinin olmadığı müəyyən edimişdir. X14 izahatında protokola etirazının olmadığını göstərmişdir. İnzibati tənbeh vermə haqqında 16 fevral 2024-cü il tarixli MN ******* saylı qərarın surətindən görünür ki, X14 Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1 -ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1 -ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 447.0.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni saxlama müddəti ötmüş məhsulların satılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən qida məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların (işlərin, xidmətlərin) üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir. Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının” 4.8-ci maddəsinə əsasən yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən mallar satıda olan mallarla bir yerdə saxlanılmamalıdır. Belə mallar mal sahibi (satıcı) tərəfindən satış dövriyyəsindən çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində xüsusi ayrılmış yerdə saxlanılmalıdır. Yararlılıq müddəti ötmüş mallar mal sahibi (satıcı) tərəfindən xüsusi vasitələrin köməyi ilə istifadə üçün tam yararsız vəziyyətə gətirilməlidir. X3 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də (yəni son istifadə müddəti bitmiş məhsullar anbarda saxlanılsa da, onların satışının həyata keçirilməsinin nəzərdə tutulmadığını qeyd etmişdir), o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Eyni zamanda şikayət verən şəxs X9 şikayətindən və məhkəməyə verdiyi izahatından da görünür ki, o yararlılıq müddəti ötmüş məhsulları anbarda satışa yararlı məhsullardan kənarlaşdırmadan və qanunvericiliklə müəyyən olunmuş belə məhsulların saxlanılması üçün nəzərdə tutulan xüsusi ayrılmış yerdə deyil, satışda olan mallarla biryerdə saxlamış, yararlılıq müddəti ötmüş həmin mallar istifadə üçün tam yararsız vəziyyətə gətirilməmişdir. Bu da X14 tərəfindən ona məxsus mağazada satılan məhsulların yararlılıq müddətinə nəzarət olunmadığına və həmin məhsulların onun tərəfindən satışının həyata keçirilməsinə dəlalət edir. X9 mağazada çalışan işçilərin xüsusi geyimdə olduqları və fərdi mühafizə vasitələri ilə təmin olunduqları barədə təqdim olunmuş videogörüntülərə münasibətdə məhkəmə qeyd etdir ki, həmin görüntülərdə işçilərin hamısı deyil, bəzilərinin əllərində əlcək və üzlərində maskanın olduğu, xüsusi geyimdə olduqları isə ümumiyyətlə müşahidə olunmamışdır. X9 şikayətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinin tələblərinin pozulduğuna və bununla da öz müdafiəsini hazırlamağa imkanının olmadığına dair hisssəsinə münasibətdə məhkəmə qeyd edir ki, bildiriş müəyyən səbəbdən 5 gün deyil, 2 gün qalmış çatdırılsa da, şikayət edən şəxsin həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutumuş hüquqlarının pozulması müəyyən edilməmişdir. Eyni zamanda inzibati xəta haqqında prokolla tanış olarkən heç bir etirazının olmadığını qeyd etmiş, bu da onun aşkar olunmuş nöqsanlarla razılaşdığı kimi qiymətləndirilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X3nun inzibati xətanı törətməməsi ilə bağlı izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun bu səpkidə izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə şikayət verən şəxs X9 şikayətini, onun və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida X2 X16 nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, X9 Azərbaycan Respublikası Qida X2 X16 rəisi X5 16 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 133 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X2 X16 rəisi X8 tərəfindən 16 fevral 2024-cü il tarixdə qəbul edilmiş MN ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar