Məhkəmə qərarları › İş №3(046)-150/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-150/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-150/2024 05.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X1nun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini belə əsaslandırmışdır ki, Göyçay rayon Mərkəzi Xəstəxanası” X12 direktoru olduğu üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, həmin idarənin 24 noyabr 2023-cü il tarixli Ç- MG/4723-058 saylı məcburi göstərişinin icra edilməməsi ilə bağlı 18 yanvar 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 02 fevral 2024-cü il tarixdə həmin protokola baxaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə tənbeh edərək 3000 manat məbləğində cərimə etmişlər. Halbuki Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qeyd edilən məcburi göstərişindəki əksər tələblərin icrası “Göyçay rayon Mərkəzi Xəstəxanası” X12 rəsmi və təminati baxımlardan imkanı xaricindədir. Belə ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 idarə heyətinin 22 dekabr 2021-ci il tarixli 03-326 saylı əmri ilə “Göyçay rayon Mərkəzi Xəstəxanası” X12 direktoru vəzifəsinə təyin edilmişdir. Direktoru olduğu PHŞ maddi təchizatla bağlı müstəqil deyil və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən maliyyələşdirilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 24 noyabr 2023-cü il tarixli Ç-MG/4723-058 saylı məcburi göstərişin əksər tələblərinin yerinə yetirilməsi üçün maddi vəsaitin ayrılması zəruridir ki, bu da PHŞ-in imkanı xaricindədir. Bundan başqa əvvəllər ayrı-ayrı binalarda fəaliyyət göstərən Uşaq poliklinikası, Uşaq xəstəxanası və Dəri zöhrəvi dispanseri Göyçay rayon Mərkəzi Xəstəxanasının binası təmir edildikdən sonra həmin binaya köçürüldükləri üçün işçilərin yerləşdirilməsində çətinliklər yaranmış və bir neçə həkimin bir otaqda fəaliyyət göstərməsinə səbəb olmuşdur. Bu səbəbdən də qeyd olunan göstərişin korpusdaxili tullantıların yığılması üzün xüsusi tələblərə cavab verən otağın təşkili mümkün olmamışdır. Hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidi.r Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 08 saylı RETŞİ-nin xx.xx.2023-cü il tarixli məcburi göstərişin tələblərinə əməl etməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Göyçay rayon Mərkəzi Xəstəxanası” X12 direktoru X10 İXM-nin 541-ci maddəsi ilə inzibati qaydada 3000 manat cərimə edilmişdir. Məhkəmə baxışı zamanı sübutlarla müəyyən edilmişdir ki, Göyçay rayon Mərkəzi Xəstəxanası” X12 direktoru X10 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə xx.xx.2024-cü il tarixdə inzibati qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokol və qərar qəbul edilərkən X8 inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməmiş, iştirakı təmin edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati işə baxılarkən X10 vəzifələrini icra etməmişdir. Həmin qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 hüquq və vəzifələrinin izah edilməmiş və ona istinad edilən inzibati xəta hadisəsinin mövcudluğunu, inzibati xətanın hansı şəraitdə torədilməsi, baş vermiş hadisədə təqsirinin olub-olmaması aydınlaşdırılmamışdır. İnzibati xətanın mahiyyətinin inzibati xəta haqqında protokolda və ya qərarda göstərilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ona istinad edilən inzibati xəta hadisəsi haqqında ətraflı məlumat verilməməsi anlamına gəlir. Bu halda isə şəxs nəyə qarşı öz müdafiəsini qurmalı olduğunu bilməmiş və onun İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məhkəmə X6 ərizəsində göstərdiyi xüsusatlara və məhkəmə baxışında verdiyi izahata hüquqi qiymət verərək hesab edir ki, X10 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol üzrə qərar qəbul edilərkən X6 iştirakının təmin edilməməsi və işə baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməsini əks etdirən sübutların məhkəməyə təqdim edilməməsi, qərarda törədilmiş inzibati xətanın törədilmə şəraiti, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, həmçinin məsuliyyətini ağırlaşdırılan halların olub olmamasını müəyyən edilməməsi, barəsində qərar qəbul edilərkən inzibati xəta törətmiş X6 verə biləcəyi vəsatətlərin nəzərə alınmaması xüsusatları, X8 istinad edilən inzibati xətanın araşdılması hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X1nun qanunda nəzərdə tutulmuş yuxarıda qeyd edilən hüquqları pozulduğundan şikayəti təmin edilməli, X10 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu üzrə 3000 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli, xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol üzrə inzibati xəta materialı yenidən baxılması üçün vəzifəli şəxsə, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X3 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilsin. X10 barəsində İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta protokolu əsasında X6 3000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X10 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta protokolu üzrə material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar