Məhkəmə qərarları › İş №3(046)-151/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-151/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-151/2025 11.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, Göyçay rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Göyçay rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan qanunsuz olaraq istifadə edir. Məhkəmə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Tərtib edilmiş inzibati xəta protokolundan görünür ki, protokolda Şəxs narkotik vasitədən istifadə etdiyi qeyd edilmiş, lakin Şəxs narkotik vasitədən istifadə etdiyinə dair sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktı inzibati materiala əlavə edilməmişdir. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, qeyd edilən protokol natamam olduğu üçün Göyçay rayon Polis şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respbulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında Göyçay rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X1,tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş protokol və əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109- 114-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol və əlavə edilmiş sənədlər Göyçay rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar