Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-157/2020 23.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Teymur Əhmədov adına «xxxxx» QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük KomitəsiBakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində 23 iyun 2020-ci il tarixdə baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Teymur Əhmədov adına «xxxxx» QSC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 31.05.2020-ci il tarixdə İXM-nin 485.2-ci maddəsi ilə 00100-0716/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Teymur Əhmədov adına «xxxxx» QSC-nin ünvanına daxil olmuş AT0632CH/AT7940XP nömrəli nəqliyyat vasitəsi 17.03.2020-ci il tarixdə saat 05:35-də Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postundan keçməklə gömrük ərazisinə daxil olmuş, lakin həmin nəqliyyat vasitəsi ilə gömrük ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********4079 sorğu nömrəli elektron qaydada x3 malların daşındığı nəqliyyat vasitəsi gömrük sərhədini keçdikdən sonra, yəni 17.03.2020-ci il tarixdə saat 10:24-də rəsmiləşdirməsi üçüm sərhəd gömrük orqanına göndərmiş və nəticədə Teymur Əhmədov adına «xxxxx» QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Teymur Əhmədov adına «xxxxx» QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, x3 nəqliyyat vasitəsi gömrük sərhədini keçdikdən sonra, yəni 17.03.2020-ci il tarixdə saat 10:24-də rəsmiləşdirilməsi, nəqliyyat vasitəsi isə Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postundan 17.03.2020-ci il tarixdə saat 05:35-də keçməsi göstərilsə də, **********4079 sorğu nömrəsi QİB şirkət tərəfindən 16.03.2020-ci il tarixdə tərtib olunaraq sistemə yüklənmişdir. Bundan əlavə həmin QİB tərtib olunduqdan dərhal sonra banka ödəniş üçün göndərilmiş və bank ən tez zamanda ödəniş həyata keçirmişdir. Hesab edir ki, avtonəqliyyat vasitəsi Gömrük Postundan keçdiyi zaman, gömrük əməkdaşları həmin x3ni sistemdə görmüş və avtomobilin gömrük nəzarət məntəqəsindən buraxılmasını təmin etmişlər. Buna görə də Teymur Əhmədov adına «xxxxx» QSC barəsində tərtib edilmiş inzibati xəta protokolu üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş 31.05.2020-cu il tarixli 00100-0716/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Teymur Əhmədov adına «xxxxx» QSC-nin ünvanına daxil olmuş AT0632CH/AT7940XP nömrəli nəqliyyat vasitəsi 17.03.2020-ci il tarixdə saat 05:35-də Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postundan keçməklə gömrük ərazisinə daxil olmuş, lakin həmin nəqliyyat vasitəsinə nəqliyyat vasitəsində gömrük ərazisinə gətirlən mallara dair tərtib edilmiş **********4079 sorğu nömrəli elektron qaydada x3 malların daşındığı nəqliyyat vasitəsi gömrük sərhədini keçdikdən sonra, yəni 17.03.2020-ci il tarixdə saat 10:24-də rəsmiləşdirməsi üçün sərhəd gömrük orqanına göndərmiş və nəticədə Teymur Əhmədov adına «xxxxx» QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəməyə təqdim edilmiş **********4079 sorğu nömrəli QİB-dən görünür ki, ixracatçı OOO “VİTAMİN 2015” 500 ədəd tropik meyvə şirələrini idxalatçı Teymur Əhmədov adına «xxxxx» QSC-yə AT0632CH/AT7940XP nömrəli nəqliyyat vasitələri ilə göndərmiş, qeyd edilən x3 16.03.2020-ci il tarixdə tərtib olunaraq sistemə yüklənmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, **********4079 sorğu nömrəli QİB Teymur Əhmədov adına «xxxxx» QSC tərəfindən 16.03.2020-ci il tarixdə tərtib olunaraq sistemə yüklənmiş, AT0632CH/AT7940XP nömrəli nəqliyyat vasitəsi 17.03.2020-ci il tarixdə saat 05:35-də Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postundan keçməklə gömrük ərazisinə daxil olmuş, yəni x3 mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada Teymur Əhmədov adına «xxxxx» QSC tərəfindən gömrük orqanına verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla Teymur Əhmədov adına «xxxxx» QSC-nin İXM-nın 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xəta tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki,Teymur Əhmədov adına «xxxxx» QSC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128- 130-cu maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Teymur Əhmədov adına «xxxxx» QSC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və x1 Şöbəsinin təhqiqatçısı, g/x-i leytenantı x2 tərəfindən tərtib edilmiş 31.05.2020-ci il tarixdə 00100-0716/20 saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-157/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-157/2020
23.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver