Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-159/2021 18.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoluna baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Göyçay rayon Statistika İdarəsi tərəfindən 08.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə toplanmış materialları araşdıran məhkəmə hesab edir ki, iş üzrə protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş protokol natamam olmuş, işə baxılarkən tamamlanması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin məcəllənin 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Həmin Məcəllənin 94.7-ci maddəsinə görə protokolun surəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə təqdim edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Göyçay rayon Statistika İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən Məcəllənin yuxarıda göstərilən tələblərinə əməl olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı əksini tapmamış, protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin ünvanına gösndərildiyi qeyd edilməsinə baxmayaraq, protokolun surətinin hüquqi şəxsin nümayəndəsinə və ya qanuni təmsilçisinə təqdim edilməsini təsdiq edən sənəd materiala əlavə edilməmişdir. Eləcə də inzibati xətanın törədilməsini təsdiq edən digər sübutlar inzibati materiala əlavə edilməmiş, hüquqi şəxsin nümayəndəsinə və ya ya qanuni təmsilçisinə hüquq və vəzifələri izah edilməmişdir. Bundan başqa tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs MMC-nin yerləşdiyi ünvan Göyçay rayon Alxasava kəndi qeyd edilməsinə baxmayaraq, hüquqi şəxsin qanuni təmsilçisi X1 ünvan 2 ünvanda yaşadığı müəyyən edilmişdir. Göründüyü kimi hüquqi şəxsin qanuni təmsilçisi X2 tərtib edilmiş inzibati xəta protkolu haqqında heç bir məlumat verilməmişdir. Eləcə də inzibati xəta protokolunda Şəxs MMC-dən hansı zəruri olan məlumatların təqdim edilməsi qeyd edilməsinə baxmayaraq, hansı məlumatların, həmçinin hansı dövrü əhatə edən məlumatların təqdim edilmədiyi qeyd edilməmişdir. Bununla da tərtib edilmiş protokol barəsində hüququ şəxsi nümayəndəsi və ya qanuni təmsilçisi məlumatlandırılmamış, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin qanuni nümayəndəsi izahat vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində inzibati icraat başlanarkən onun İXMdə təsbit olunmuş, insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq prinsipi pozulduğundan, təqdim edilmiş materiallar natamam olduğundan inzibati material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 03.05.2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389cu maddəsi ilə tərtib edilmiş M№0256623 saylı, 08.05.2021-ci il tarixli inzibati xəta haqqında protokolu natamam olduğundan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Göyçay rayon Statistika İdarəsinə geri qaytarılsın. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-159/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-159/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver