Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-159/2023 21.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.1987-ci ildə Göyçay rayonun Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Göyçay rayonun Çərəkə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 20 fevral 2023-cü il tarixdə saat 16 radələrində Göyçay rayonu Çərəkə kəndində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı istehlak etmişdir. İnzibati xəta hadisənin olması 21 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahid izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, nevroloji xəstəlikdən əziyyət çəkdiyi üçün təxminən bir ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə Lerik rayonunda olarkən yerdən bir büküm tapmış, bükümü açdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu görmüş və həmin narkotik vasitəni istifadə etmişdir. 20 fevral 2023-cü il tarixdə, saat 16 radələrində Göyçay rayon Çərəkə kəndində olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə qəbul etməsindən şübhələndiklərini bildirmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. Bundan sonra narkoloji həkim müayinəsindən keçmiş, müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis kapitanı X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Göyçay rayon Çərəkə kənd ərazisində xidmət aparan zaman kənd sakini X3 hərəkətlərində qeyri dəqiqlik, ifadəsinin və nitqinin rabitəliyinin pozulmasını, özünü həyəcanlı apardığını görmüş, buna görə də onu narkotik vasitələrin təsiri altında olmasından şübhələndiyi üçün rayon polis şöbəsinə dəvət etmişdir. X7 narkoloji müayinədən keçirilmiş, nəticədə Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 155 saylı protokoluna görə X4 narkoloji sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 155 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitə olan marixuananın təsiri altında olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə çəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın 21 fevral 2023-cü il tarixli 313 nömrəli rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olması barədə xarakteri, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin tətbiqi inzibati tənbehin məqsədlərinə xidmət etmədiyindən, barəsində müəyyən müddətə inzibati həbs tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən saat 17:10-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-159/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-159/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver