Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-16/2021 08.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, şikayətçi X4 və Göyçay RPŞ-nin İTB-nin sahə rəisi X2 iştirakı ilə, X4 Göyçay RPŞ-nin sahə rəisi X3 xx.xx.2021-ci il tarixli MN ******* saylı protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X3 xx xxxxxx 2021-ci ıl tarixli qərarı üzrə İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. X8 şikayətini belə əsaslandırmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə saat 12:30 radələrində yaşadığı evin qarşısında küçəyə çıxarkən qoruyucu tibbi maska taxmış, lakin siqaret çəkmək üçün maskanı endirərkən polis əməkdaşları yaxınlaşaraq maska taxmadığını irad tutmuşlar. Maskanı siqaret çəkdiyi üçün aşağı endirdiyini bildirmiş, əlindəki siqareti göstərsə də polis əməkdaşları inzibati xəta haqqında protokol tərtib edərək onu cərimə etmişlər. Hesab edir ki, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkibi yoxdur. Buna görə də barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Göyçay RPŞ-nin İTB-nin sahə rəisi X5 izahat verərək göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 12 radələrində X8 barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin vaxt X1 çəkdiyini görməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, karantin rejimi qaydalarını pozduğuna görə xx.xx.2021-ci il tarixdə Göyçay rayonunun İ Ərəbəcəbirli kəndi ərazisində X8 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X8 Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci ıl tarixli qərarı üzrə İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi barədə qərarın ləğv edilməsi barədə tələbi təmin edilməlidir. Ona görə ki, X4 xx xxxxxx 2021-ci il tarixdə saat 12:30 radələrində yaşadığı evin qarşısında durarkən İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın hadisəsi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, X6 istinad edilən inzibati xəta hadisəsi baş verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X7 tərəfindən İXM-nin 211.2ci maddəsi ilə tərtib edilmiş protokol üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-16/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-16/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver