Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-160/2021 18.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Göyçay şəhərində 18 may 2021-ci il tarixdə xx.xx.2001-ci il tarixdə Göyçay rayonu Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qarabağlar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində 11.05.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs 11.05.2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri Natəvan küçəsində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 2107 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən ara məsafəsi saxlamasan qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Mercedes markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, 11.05.2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri, Natəvan küçəsində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 2107 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, idarə etdiyi Mercedes markalı **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 11.05.2021-ci il tarixdə Göyçay şəhəri Natəvan küçəsində hərəkətdə olarkən VAZ 2107 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onu arxadan vurmuşdur. Hadisə nəticəsində avtomobilinə 1200 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İş üzrə inzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. İşə materiallarına əlavə edilmiş Göyçay Avtoserviz MMC tərəfindən verilmiş aktdan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat maddi ziyan dəymişdir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərər çəkmiş Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nın 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşiman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 18.05.2021-ci il tarixdən saat 10:30-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-160/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-160/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver