Məhkəmə qərarları › İş №3(046)-160/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-160/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-160/2023 06.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Göyçay rayonu Mırtı kəndində anadan olmuş, evli, orta təhsilli, Göyçay rayonu Mırtı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü və 590.2-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 03 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Hacıqabul rayonu ərazisində X3 məxsus qoşalüləli 16 kalibrli, Toz-53 markalı, ******* nömrəli ov silahından istifadə etmişdir. Bundan başqa Şirvan Xəlilova məxsus qoşalüləli 16 kalibrli, Toz-53 markalı, ******* nömrəli ov silahı ilə 03 yanvar 2023-cü il tarixdə Hacıqabul rayonu ərazisində 10 ədəd çöl dovşanı və 01 ədəd bəzgək adlı çöl quşunu ovlamaqla ov qaydalarını müntəzəm pozmuşdur. İnzibati xəta hadisənin olması 16 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 16 kalibrli, Toz-53 markalı, ******* nömrəli ov silahı X3 məxsusdur. 03 yanvar 2023-cü il tarixdə saat 11 radələrində ov etmək məqsədi ilə Göyçay rayonu Mırtı kənd sakini X4, X1 ilə birlikdə Şirvanın idarə etdiyi "Vaz 2106” markalı, **-CR- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul rayonun Abdulabad kəndi ərazisinə gəlmişlər. Həmin gün o, X2 adına olan ov silahından, X1 isə öz adına olan ov silahından istifadə etməklə 10 ədəd çöl dovşanı və 01 ədəd bəzgək adlı çöl quşu ovlamışdır. Həmin vaxt onlar Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilmişlər. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan Hacıqabul rayon X7 Bölməsinin təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXMnin 272.3-cü və 590.2-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Göyçay rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş X-37 nömrəli şəhadətnamənin surətindən görünür ki, 16 kalibrli Toz-53 markalı, ******* nömrəli qoşalüləli ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün X3 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi verilmiş 3-14-42/2-014/2023 nömrəli xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatından (cədvəlindən) görünür ki, Şəxs tərəfindən 10 ədəd çöl dovşanın qanunsuz ovlanması nəticəsində təbiətə 110 manat və 01 ədəd bəzgək quşunun qanunsuz ovlanması nəticəsində təbiətə 330 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən - müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görəsilah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, "Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 9cu maddəsinin X hissəsinə əsasən vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatı üzrə istifadə etməyə hüquq verir; Həmin Qanunun 15-ci maddəsinə əsasən silah onun mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən şəraitdə saxlanılmalıdır. Odlu silahın və döyüş sursatının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; Həmin Qanunun 21-ci maddəsinə əsasən silahın və ya döyüş sursatının başqa şəxsin ələ keçirməsini və yaxud onlardan istifadə etməsini istisna edən şəraitdə saxlanılmasını təmin etmək mülki silah sahibinin vəzifəsidir; Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın 3.2-ci bəndinə əsasən vətəndaşlar silahları və onların döyüş sursatlarını onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçirilməsini istisna edən şəraitdə saxlamalıdır. Odlu silahın və onun döyüş sursatının DİN-in xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; 4.4-cü bəndinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. 4.7-ci bəndinə əsasən yivli və yivsiz odlu uzun lüləli ov silahları çexolda, qısa lüləli və idman silahı isə qoburda gəzdirilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, bir ədəd qoşalüləli 16 kalibrli, Toz-53 markalı, ******* nömrəli ov silahı müsadirə edilməklə, 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar