Məhkəmə qərarları › İş №3(046)-161/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-161/2020

09.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-161/2020 09.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və inzibati xəta törətmiş x1 iştirakı ilə, 22.07.1983-cü il tarixdə Göyçay rayonunun Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun Qarayazı kəndində yaşayan x3 haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində 09 iyun 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: x3 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, x3 08.06.2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri Füzuli küçəsində Qədirov Hacıqulu Ölkədar oğlunun idarə etdiyi VAZ 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, sürücü Qədirov Hacıqulu Ölkədar oğlu təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə YPX-nin inspektoru tərəfindən saxlanılmış, Qədirov Hacıqulu Ölkədar oğlunun avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi məlum olmuş, x3 nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması barədə xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş x3 göstərmişdir ki, 08.06.2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhərinin Füzuli küçəsində qohumu Qədirov Hacıqulu Ölkədar oğlunun idarə etdiyi VAZ 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman, YPX əməkdaşı Hacıqulunu saxlamış və Qədirov Hacıqulu Ölkədar oğlundan sənədləri təqdim etməyi tələb etmiş, avtomobilə dair heç bir sənəd olmadığından YPX əməkdaşı avtomobili mühafizə olunan duracağa aparılacağını bildirmiş, bu zaman PPX əməkdaşları həmin yerə gəlmiş və PPX avtomobili ilə onu və Hacıqulunu polis şöbəsinə aparmışlar. Heç bir inzibati xəta törətməmişdir. Məhkəmədə şahid qismində izahat verən Göyçay RPŞ-nin İTB-nin rəisi Şahid4 göstərmişdir ki, 08.06.2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri Füzuli küçəsində xidmətdə olarkən, rabitə kanalı vasitə ilə x3 və Qədirov Hacıqulu Ölkədar oğlunun YPX əməkdaşı x4 ilə mübahisə etdikləri barədə məlumat daxil olmuş, bundan sonra hadisə yerinə gəlmiş, x1 və Qədirov Hacıqulu Ölkədar oğlunun YPX əməkdaşı x4 ilə mübahisəni davam etdiklərini görmüş, həmin vaxt Qədirov Hacıqulu Ölkədar oğlu idarə etdiyi VAZ 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açarlarını təqdim etməmiş, müvəqqəti duracağa getməyəcəyini bildirmiş, x3 isə “Bunlar kimdir otur maşına sür gedək” deyə Hacıquluya dəfələrlə müraciət etmiş, polis əməkdaşları ilə mübahisəni davam etditmişlər. Bu zaman ətrafdan keçən şəxslər hadisə yerinə yığılmışlar. Qədirov Hacıqulu Ölkədar oğlunun və x1 tabelçilik göstərməyərək qanuna zidd hərəkətlərinin qarşısına almaq üçün onları PPX avtomobili ilə polis şöbəsinə gətirmiş, barələrində inzibati protokol tərtib etmişlər. Məhkəmədə şahid qismində izahat verən Şahid2, x4 və Şahid1 Şahid4 göstərdiyi xüsusatlarla eyni məzmunlu izahatlar vermişlər. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında 08.06.2020-ci il tarixli protokoldan görünür ki, x3 08.06.2020-ci il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, x3 08.06.2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhərinin Füzuli küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. x2 həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə x2 inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x3 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 08 iyun 2020-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar