Məhkəmə qərarları › İş №3(046)-161/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-161/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-161/2023 06.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2 və 272.3-cü maddələri ilə Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə MN ******* saylı və İXM-nin 272.3-cü maddəsi ilə MN ******* saylı inzibati xəta protokolları tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində təritib edilmiş inzibati xəta protokolları üzrə işə eyni vaxtda baxıldığından həmin inzibati işlər bir icraatda birləşdiriliməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Göyçay Rayon Polis X1 Məcəlləsinin İXM-nin 590.2-ci maddəsi ilə MN ******* saylı və İXM-nin 272.3-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə materiallar icraata qəbul edilsin. Həmin materiallar bir icraatda birləşdirilisin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirakı təmin edilsin. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar