Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-162/2020 09.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və inzibati xəta törətmiş Qədirov Hacıqulu Ölkədar oğlunun iştirakı ilə, 19.09.1969-cu il tarixdə Göyçay rayonunun Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun Qarayazı kəndində yaşayan Qədirov Hacıqulu Ölkədar oğlu haqqında Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində 09 iyun 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qədirov Hacıqulu Ölkədar oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Qədirov Hacıqulu Ölkədar oğlu 08.06.2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri Füzuli küçəsində idarə etdiyi VAZ 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə YPX-nin inspektoru tərəfindən saxlanılmış, avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi məlum olmuş, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması barədə xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Qədirov Hacıqulu Ölkədar oğlu göstərmişdir ki, 08.06.2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhərinin Füzuli küçəsində idarə etdiyi VAZ 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman YPX əməkdaşı onu saxlamış və idarə etdiyi avtomobilə dair sənədləri təqdim etməyi tələb etmiş, lakin avtomobil qardaşı oğlunun olduğunu və həmin avtomobili idarə etmək hüququnun və etibarnamə olmadığını bildirmişdir. Həmin zaman avtomobildə qohumu x2 da olmuşdur. YPX əməkdaşı avtomobili mühafizə olunan duracağa aparılacağını bildirmiş, bu zaman PPX əməkdaşları həmin yerə gəlmiş və PPX avtomobili ilə onu və Əhlimanı polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində izahat verən Göyçay RPŞ-nin İTB-nin rəisi Şahid2 göstərmişdir ki, 08.06.2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri Füzuli küçəsində xidmətdə olarkən, rabitə kanalı vasitə ilə Qədirov Hacıqulu Ölkədar oğlu və x1 YPX əməkdaşı x3 ilə mübahisə etdikləri barədə məlumat daxil olmuş, bundan sonra hadisə yerinə gəlmiş, x1 və Qədirov Hacıqulu Ölkədar oğlunun YPX əməkdaşı x3 ilə mübahisəni davam etdiklərini görmüş, həmin vaxt Qədirov Hacıqulu Ölkədar oğlu idarə etdiyi VAZ 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açarlarını təqdim etməmiş, müvəqqəti duracağa getməyəcəyini bildirmiş, x2 isə “Bunlar kimdir otur maşına sür gedək” deyə Hacıquluya dəfələrlə müraciət etmiş, polis əməkdaşları ilə mübahisəni davam etditmişlər. Bu zaman ətrafdan keçən şəxslər hadisə yerinə yığılmışlar. x1 və Qədirov Hacıqulu Ölkədar oğlunun tabelçilik göstərməyərək qanuna zidd hərəkətlərinin qarşısına almaq üçün onları PPX avtomobili ilə polis şöbəsinə gətirmişlər. Məhkəmədə şahid qismində izahat verən Şahid1, x3 və Şahid4 Şahid2 göstərdiyi xüsusatlarla eyni məzmunlu izahatlar vermişlər. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında 08.06.2020-ci il tarixli protokoldan görünür ki, Qədirov Hacıqulu Ölkədar oğlu 08.06.2020-ci il tarixdə saat 20:30da inzibati qaydada tutulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Qədirov Hacıqulu Ölkədar oğlu 08.06.2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhərinin Füzuli küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qədirov Hacıqulu Ölkədar oğluna həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Qədirov Hacıqulu Ölkədar oğluna inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qədirov Hacıqulu Ölkədar oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 08 iyun 2020-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-162/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-162/2020
09.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver