Məhkəmə qərarları › İş №3(046)-162/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-162/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-162/2023 06.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X2, xx.xx.1994-cü ildə Göyçay rayonu Mırtı kəndində anadan olmuş, evli, ali təhsilli, Göyçay rayonu Mırtı kənd tam orta məktəbində müəllim işləyən, Göyçay rayonu Mırtı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs özünə məxsus 16 kalibrli “İY-17” markalı, mia 30421 nömrəli tək lülə ov silahı ilə 09 yanvar 2023-cü il tarixdə Hacıqabul rayonu ərazisində 10 ədəd çöl dovşanı və 01 ədəd bəzgək ovlamaqla ov qaydalarını müntəzəm pozmuşdur. İnzibati xəta hadisənin olması 16 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 16 kalibrli “İY-17” markalı, mia 30421 nömrəli tək lülə ov silahı özünə məxsusdur. 03 yanvar 2023-cü il tarixdə saat 11 radələrində ov etmək məqsədi ilə Göyçay rayonu Mırtı kənd sakini X4, X3 ilə birlikdə Şirvanın idarə etdiyi "Vaz 2106” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul rayonun Abdulabad kəndi ərazisinə gəlmişlər. Həmin gün o, öz adına olan ov silahından, X3 isə X1 adına olan ov silahından istifadə etməklə 10 ədəd çöl dovşanı və 01 ədəd bəzgək adlı çöl quşu ovlamışdır. Həmin vaxt onlar Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilmişlər. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan Hacıqabul rayon X6 Bölməsinin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXMnin 272.3-cü maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Göyçay rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş A-121 nömrəli şəhadətnamənin surətindən görünür ki, 16 kalibrli “İY-17” markalı, mia 30421 nömrəli tək lülə ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi verilmiş 3-14-42/2-014/2023 nömrəli xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatından (cədvəlindən) görünür ki, Şəxs tərəfindən 10 ədəd çöl dovşanın qanunsuz ovlanması nəticəsində təbiətə 110 manat və 01 ədəd bəzgək quşunun qanunsuz ovlanması nəticəsində təbiətə 330 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halın olmamasını, işin digər hallarını nəzərə alaraq, İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 16 kalibrli “İY-17” markalı, mia 30421 nömrəli tək lülə ov silahı müsadirə edilməməklə aşağı həddə ov hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 16 kalibrli “İY-17” markalı, mia 30421 nömrəli təklülə ov silahı müsadirə edilməməklə, 06 ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar