Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-163/2023 09.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində 09 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolları tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-846/2022 saylı icra vərəqəsi üzrə Zərərçəkmiş şəxs2 34.842 manat borcunu və xx.xx.2022-ci il tarixli, 2(046)-1186/2022 saylı icra vərəqəsi üzrə Zərərçəkmiş şəxs1 1650 manat aliment borcunu, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1862/2022 saylı icra vərəqəsi üzrə 4110 manat pulu dəyəri 1445 manat olan 17 qr çəkidə qarnitur dəsti, dəyəri 270 manat, çəkisi 3.2 qr olan 01 ədəd üzük, dəyəri 300 manat olan çəkisi 3.5 qr, versace sırğa, dəyəri 650 manat olan çəkisi 4.2 qr, nişan üzüyü, dəyəri 640 manat olan cəkisi 7.5 qr, alyans üzük, dəyəri 255 manat olan çəkisi 3 qr, 01 ədəd üzük və dəyəri 550 manat olan çəkisi 3.7 qr, brilyant saat, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 4110 manatı üzürsüz səbəbdən ödəməmişdir.. İnzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan 34642 manatın alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan hər ay iki uşağın saxlanılması üçün 300 manat alimentin tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə verilməsi və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən dəyəri 1445 manat olan 17 qr çəkidə qarnitur dəsti, dəyəri 270 manat, çəkisi 3.2 qr olan 01 ədəd üzük, dəyəri 300 manat olan çəkisi 3.5 qr, versace sırğa, dəyəri 650 manat olan çəkisi 4.2 qr, nişan üzüyü, dəyəri 640 manat olan cəkisi 7.5 qr, alyans üzük, dəyəri 255 manat olan çəkisi 3 qr, 01 ədəd üzük və dəyəri 550 manat olan çəkisi 3.7 qr, brilyant saat, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 4110 manatın ondan alınaraq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Heç yerdə işləmir, maddi imkanı olmadığından tələbkarlara olan borcunu ödəyə bilmir. Borcunu tezliklə ödəyəcəkdir. Zərərçəkmiş şəxs X3 inzibati xəta törətmiş Şəxs həbs edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli icra sənədlərini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara olan borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 14:25-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYÇAY RAYON MƏHKƏMƏSİ AZ-2300 Nəriman Nərimanov küç., 56 Tel: (02027) 4-00-55, Faks: (02027) 4-00-83 www.goychaycourt.gov.az Elektron ünvan 04 may 2020-ci il 3(046)-352/2020 Göyçay rayon İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri cənab İlqar Abdurahmanova (məlumat üçün) Göyçay rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Sənan Əsədova (icrası üçün) Göyçay rayon Məhkəməsinin 3(046)-352/2020 saylı 04 may 2020-ci il tarixli qərarı Sizə göndərilir. Qoşma: Qərar ( ) vərəqdə Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-163/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-163/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver