Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-165/2022 14.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Göyçay RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru polis baş leytenantı X1 iştirakı ilə, Kərpic-San LTD MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Göyçay rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Kərpic-San LTD MMC-nin mülkiyyətində olan BMC PRO 620 yük markalı **-AC-*** dövlət nömrəli avtomobil 11.01.2022-ci il tarixdə Yevlax-Zaqatala Gürcüstan yolunun 20-ci km-də yük daşıma qaydalarını pozmuşdur. Kərpic-San LTD MMC-yə BMC PRO 620 yük markalı **-AC-*** dövlət nömrəli nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində Göyçay rayon Polis şöbəsinə təqdim etməmişdir. Kərpic-San LTD MMC-yə məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin MMC-nin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəməyə təqdim edilmiş Kərpic-San LTD MMC-yə ünvanlanmış bildirişdən görünür ki, Kərpic-San LTD MMC-nin mülkiyyətində olan BMC PRO 620 yük markalı **- AC-*** dövlət nömrəli avtomobilin 11.01.2022-ci il tarixdə Yevlax-Zaqatala Gürcüstan yolunun 20-ci km-də yük daşıma qaydalarını pozmuş şəxs barəsində məlumatların 5 gün müddətində Göyçay rayon Polis şöbəsinə göndərilməsi xahiş olunur. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Kərpic-San LTD MMC Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Kərpic-San LTD MMC həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Kərpic-San LTD MMC-yə inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, nəzərə alaraq Kərpic-San LTD MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: Kərpic-San LTD MMC-yə İXM-nin 347-ci maddəsinə əsasən 300 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-165/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-165/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver