Məhkəmə qərarları › İş №3(046)-165/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-165/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-165/2023 06.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ 06 mart 2023-cü il Göyçay şəhəri Mən, Göyçay rayon Məhkəməsinin hakimi X4, xx.xx.1994-cü ildə Göyçay rayonu Mırtı kəndində anadan olmuş, evli, ali təhsilli, Göyçay rayonu Mırtı kənd tam orta məktəbində müəllim işləyən, Göyçay rayonu Mırtı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 03 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Hacıqabul rayonu ərazisində özünə məxsus təklüləli 16 kalibrli, İY-17 markalı, mia 30421 nömrəli ov tüfənginin saxlanılması, daşınması qaydalarını pozmuşdur. İnzibati xəta hadisənin olması 16 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 16 kalibrli “İY-17” markalı, mia 30421 nömrəli təklüləli ov silahı özünə məxsusdur. 03 yanvar 2023-cü il tarixdə saat 11 radələrində ov etmək məqsədi ilə Göyçay rayonu Mırtı kənd sakini X6, X5 ilə birlikdə Hacıqabul rayonun Abdulabad kəndi ərazisinə gəlmişlər. Həmin gün o, öz adına olan ov silahından, X5 isə X3 adına olan ov silahından istifadə etməklə 10 ədəd çöl dovşanı və 01 ədəd bəzgək adlı çöl quşu ovlamışdır. Ov tüfənginin daşınması qaydalarını pozduğuna görə Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilmişlər. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan Hacıqabul rayon X8 Bölməsinin təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXMnin 590.1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Göyçay rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan raportdan görünür ki, Hacıqabul rayon Polis Şöbəsinin CABın əməliyyat müvəkkili, polis kapitanı Cavid Misirxanov xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Hacıqabul rayonu Abdulabad kəndində xidmət aparan zaman Göyçay rayon Mırtı kənd sakinləri Şəxs, X1 və X2 qanunsuz ov etməsi aşkar olunmuşdur. Həmin şəxslərin barələrində tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göyçay rayon Polis Şöbəsi tərəfindən verilmiş H-121 nömrəli şahadətnamənin surətindən görünür ki, təklüləli 16 kalibrli, İY-17 markalı, mia 30421 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir. xx.xx.2023-cü il tarixli 3-13-26/2-6242/2023 nömrəli arayışdan görünür ki, Şəxs götürülmüş təklüləli 16 kalibrli, İY-17 markalı, mia 30421 nömrəli ov tüfəngi Göyçay rayon Polis Şöbəsinin odlu silahın və qeydiyyatı kitabında xx.xx.2018-ci il tarixli H-121 nömrəli şəhadətnamə ilə qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, "Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 9cu maddəsinin X hissəsinə əsasən vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatı üzrə istifadə etməyə hüquq verir; Həmin Qanunun 15-ci maddəsinə əsasən silah onun mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən şəraitdə saxlanılmalıdır. Odlu silahın və döyüş sursatının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; Həmin Qanunun 21-ci maddəsinə əsasən silahın və ya döyüş sursatının başqa şəxsin ələ keçirməsini və yaxud onlardan istifadə etməsini istisna edən şəraitdə saxlanılmasını təmin etmək mülki silah sahibinin vəzifəsidir; Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın 3.2-ci bəndinə əsasən vətəndaşlar silahları və onların döyüş sursatlarını onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçirilməsini istisna edən şəraitdə saxlamalıdır. Odlu silahın və onun döyüş sursatının DİN-in xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; 4.4-cü bəndinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. 4.7-ci bəndinə əsasən yivli və yivsiz odlu uzun lüləli ov silahları çexolda, qısa lüləli və idman silahı isə qoburda gəzdirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq, təklüləli 16 kalibrli, İY- 17 markalı, mia 30421 nömrəli ov silahı müsadirə edilməməklə onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinərək, təklüləli 16 kalibrli, İY-17 markalı, mia 30421 nömrəli ov silahı müsadirə edilməməklə 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar