Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-167/2024 06.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, X2, Göyçay rayon PŞ-nin DYPB-nin baş leytenantı X7 iştirakı ilə, Göyçay rayon YPX-nin baş-X4 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardan verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2024-cü il tarixdə İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri, Əli Kərim küçəsində hərəkətdə olarkən yol polisi əməkdaşı X8 tərəfindən barəsində 327.2-ci maddəsi ilə təqsirli bilinməyinə dair protokol tərtib edilmiş və həmin xx.xx.2024- cü il tarixli, İXP 6027534-saylı protokol əsasında Göyçay rayonu, Polis Baş X4 tərəfindən qəbul edilmiş TP 6296884-nömrəli, xx.xx.2024- cü il tarixli qərarı ilə 80 manat məbləğində cərimə edilmişdir. İstər protokol tərtib edilərkən istərsə də həmin protokol əsasında qərar qəbul edilərkən inizbati xəta törətmədiyi nəzərə alınmamış, qanunsuz olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilmişdir. Yol polisi əməkdaşı X8 tərəfindən işıqforun yaşıldan sonra yanan sarı işıqda keçdiyinə görə ona protokol tərtib edilmişdir. Lakin inzibati xətanın aşkar edilməsi barədə protokolda heç bir qeyd yoxdur. Burdan belə qənaətə gəlməyə əsas verir ki, yol polisi əməkdaşı X8 inzibati xətanı şəxsən özü tərəfindən bilavasitə aşkar etmişdir. Lakin törədilməsi iddia olunan qanun pozuntusunu təsdiq edəcək şahidlərin iştirakını təmin etməli olduğu halda yol polisi əməkdaşı X8 şahidlərin iştirakını təmin etməmiş, protokol heç bir əsas olmadan tərtib edilmişdir. Hesab edir ki, protokolun tərtib edilməsinə hər hansı qanuni əsasın olmasını sübut etmək vəzifəsi protokolu tərtib etmiş yol polisi əməkdaşı X5 üzərinə düşür. Protokolun tərtib edilməsinə hər hansı qanuni əsasın olmasını sübut edilməməsi isə inzibati xəta hadisəsinin olmamasını ehtiva edir.xx.xx.2024-cü il tarixdə saat 23:31 radələrində qəfil tormozlama olmamasına görə işıqforda yaşıldan sonra yanan sarı işıqda hərəkəti davam etdirmişdir.Əlavə olaraq qeyd etməyi vacib bilir ki, qeyd olunan işıqfor özüdə qüsurlu işləyir. Belə ki, bu işıqfor 5 saniyə tez dəyişilir. Yerində baxış keçirilərsə işıqforun qüsurlu işləməsi müəyyən oluna bilər.Göründüyü kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi barədə heç bir sübutun olmamasına baxmayaraq, barəsində qanunsuz olaraq protokol tərtib edilmiş və barəmdə qanunsuz olaraq qərar qəbul edilmişdir. Buna görə də qərarın ləğv edilməsin xahiş etmişdir. Göyçay rayon PŞ-nin DYPB-nin baş leytenantı X10 izahat verərək göstərmişdir ki, X9 xx.xx.2024-cü il tarixdə idarə etdiyi Toyota Prius markalı, **-TK-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni svetoforun və ya nizamlayıcının qadağanedici işarəsini gözləməmiş, hərəkətini davam etdirmişdir. Qeyd edilən inzibati xəta YPX-nin xidməti avtomobilinə quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış, YPX-nin əməkdaşı tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokola əsasən xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir. Buna görə də şikayət rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Polis şöbəsinin baş X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, X9 xx.xx.2024-cü il tarixdə Toyota Prius markalı, **-TK-*** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərdən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə idarə etdiyi Toyota Prius markalı, **-TK-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsini gözləməmiş, hərəkətini davam etdirmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, X9 xx.xx.2024-cü il tarixdə idarə etdiyi Toyota Prius markalı, **-TK-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsini gözləməmiş, hərəkətini davam etdirmişdir. Baş vermiş hadisə ilə bağlı Göyçay rayon Polis şöbəsinin baş X4 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı X9 xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X6 Göyçay rayon YPX-nin baş-X4 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, TP ******* saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X6 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilməsin. X6 Göyçay rayon YPX-nin baş-X4 tərəfindən xx.xx.2020-ci il tarixli İXM-nin 333.1-ci maddəsi ilə 400 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-167/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-167/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver