Məhkəmə qərarları › İş №3(046)-169/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-169/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-169/2021 21.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi və inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X1 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində 21 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 21.05.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə MN 1136611, MN 1136608, MN 1136610, MN ******* və MN ******* saylı inzibati xəta protokolları tərtib edilmişdir ondan ötrü ki, Şəxs 06.05.2021 il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri Natəvan küçəsində yerləşən Ekonom marketdən çəkisi 1 kq olan 15 manat dəyərində, 12.05.2021-ci il tarixdə saat 11:30 radələrində təkrarən çəkisi 2 kq olan 30 manat dəyərində, 19.05.2021-ci il tarixdə çəkisi 3 kq olan 45 manat dəyərində, 20.05.2021-ci il tarixdə saat 12 radələrində çəkisi 3 kq olmaqla 45 manat dəyərində Yeni Zellandiya yağını gizli yolla talamışdır. Bundan başqa Şəxs 09.05.2021 il tarixdə saat 10 radələrində zərərçəkmiş şəxs X2 məxsus Göyçay şəhəri Nizami küçəsində yerləşən Bolluq marketdən çəkisi 1 kq olan 18 manat dəyərində Westgold yağını gizli yolla talamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, 06.05.2021 il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri Natəvan küçəsində yerləşən Ekonom marketdən çəkisi 1 kq olan 15 manat dəyərində, 12.05.2021-ci il tarixdə saat 11:30 radələrində təkrarən çəkisi 2 kq olan 30 manat dəyərində, 19.05.2021-ci il tarixdə çəkisi 3 kq olan 45 manat dəyərində, 20.05.2021-ci il tarixdə saat 12 radələrində çəkisi 3 kq olmaqla 45 manat dəyərində Yeni Zellandiya yağını gizli yolla oğurlamışdır. Bundan başqa Şəxs 09.05.2021 il tarixdə saat 10 radələrində zərərçəkmiş şəxs X2 məxsus Göyçay şəhəri Nizami küçəsində yerləşən Bolluq marketdən çəkisi 1 kq olan 18 manat dəyərində Westgold yağını gizli yolla oğurlamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs 06.05.2021 il tarixdə saat 11 radələrində ona məxsus Göyçay şəhəri Natəvan küçəsində yerləşən Ekonom marketdən çəkisi 1 kq olan 15 manat dəyərində, 12.05.2021-ci il tarixdə saat 11:30 radələrində təkrarən çəkisi 2 kq olan 30 manat dəyərində, 19.05.2021-ci il tarixdə çəkisi 3 kq olan 45 manat dəyərində, 20.05.2021-ci il tarixdə saat 12 radələrində çəkisi 3 kq olmaqla 45 manat dəyərində Yeni Zellandiya yağını gizli yolla talamışdır. Ona dəymiş maddi ziyan Şəxs tərəfindən ödənilməmişdir. Şəxs şikayətçidir barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş X4 oğlu göstərmişdir ki, Şəxs 09.05.2021 il tarixdə saat 10 radələrində ona məxsus Göyçay şəhəri Nizami küçəsində yerləşən Bolluq marketdən çəkisi 1 kq olan 18 manat dəyərində Westgold yağını gizli yolla oğurlamışdır. Ona dəymiş maddi ziyan Şəxs tərəfindən ödənilməmişdir. Şəxs şikayətçidir barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12.05.2021-ci il tarixli və 21.05.2021-ci il tarixli qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati tutma haqqında qəraradan görünü ki, Şəxs 20.05.2021-ci il tarixdə inzibati qayada tutulmuşdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 03 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 20.05.2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar