Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-170/2023 27.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş Şəxs, qanuni nümayəndəsi (atası) X2, Göyçay rayon prokurorunun müstəntiqi vəzifəsini müvəqqəti icra edən X1 və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, yetkinlik yaşına çatmamış, Göyçay rayonu Çaxırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə Göyçay PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Göyçay rayonu Çaxırlı kəndində sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21033 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin əl tormozundan istifadə edərək dəfələrlə fırladaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. İnzibati xəta törətmiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Göyçay rayonu Çaxırlı kəndində sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21033 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla xuliqanlıq hərəkətləri etmişdir. Törətdiyi əməldən peşmandır. İnzibati işin materiallarına əlavə edilmiş DVD disk görüntülərindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Göyçay rayonu Çaxırlı kəndində sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21033 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3cü -ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, şəxsiyyətini, səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi Vəkil iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Şəxs məxsus sürücülük vəsiqəsi təyin edilmiş 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması tənbehinin icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin Yevlax 7 saylı rayonlararası X3 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362, 365, 367, 425, 430, 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 (beş yüz) manat cərimə təyin edilsin. 01 saata görə hesablanmış 06 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın icrası Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına aid hissədə Yevlax 7 saylı X4, inzibat cərimə hissəsində isə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-170/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-170/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver