Məhkəmə qərarları › İş №3(046)-174/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-174/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-174/2025 18.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 mart 2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay rayon polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 14 sentyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Göyçay rayonu, Hacalıkənd kəndi ərazisi ilə “Vaz 2104” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısına iri buynuzlu heyvanlar çıxmış, buna görə də hərəkət zolağını dəyişərək əks istiqamətli hərəkət zolağına çıxmışdır. Daha sonra yenidən öz hərəkət zolağına qayıtmış və bu zaman əks istiqamətli yolla hərəkət edən “Vaz 2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Araşdırılma zamanı müəyyən edilmişdir ki, Şəxs avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə saat 17:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Vaz 2104” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayonu, Hacalıkənd kəndi ərazisində hərəkətdə olarkən qarşısına iri buynuzlu heyvanlar çıxmış, buna görə də hərəkət zolağını dəyişərək əks istiqamətli hərəkət zolağına çıxmışdır. Daha sonra yenidən öz hərəkət zolağına qayıtmış və bu zaman əks istiqamətli yolla hərəkət edən “Vaz 2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksə sürətlə gələrək onun idarə etdiyi avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində o, avtomobildə olan bibisi oğlu Eldəniz Abışov və digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək protokolda qeyd olunanları təsdiq etmiş və bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi “Vaz 2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evə gedərkən Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində asfalt-beton örtüklü yol ilə təxminən 50 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt yolun döngəli hissəsinə keçdikdən sonra ondan təxminən 15 metr qarşıda “Vaz 2104” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüş, həmin avtomobil hərəkət zolağında iri buynuzlu heyvanlar olduğu üçün yolun əks istiqamətli hərəkət zolağına çıxaraq hərəkət etmiş, sonra birdən həmin avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində onun avtomobili yolun hərəkət istiqamətində yolun sol hissəsinə aşmış, aldığı xəsarət nəticəsində huşunu itirmişdir. Avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı Şəxs tərəfindən heç bir cəhd göstərilməmişdir. Buna görə də onun barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon X3 X4 inzibati təcrübə üzrə inspektoru X2 tərəfindən tərtib edilmiş 17 mart 2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 sentyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Göyçay rayonu, Hacalıkənd kəndi ərazisi ilə “Vaz 2104” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən qarşısına iri buynuzlu heyvanlar çıxmış, buna görə də hərəkət zolağını dəyişərək əks istiqamətli hərəkət zolağına çıxmışdır. Daha sonra yenidən öz hərəkət zolağına qayıtmış və bu zaman əks istiqamətli yolla hərəkət edən “Vaz 2107” markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat sxemindən görünür ki, “Vaz 2104” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Vaz 2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Göyçay rayon polis şöbəsinin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC-i tərəfindən verilmiş arayışdan görünür ki, “Vaz 2107” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5816 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X5 xx.xx.2024-cü il tarixli 512 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – qapalı kəllə beyin travması – beyin silkələnməsi, sağ dirsək oynağının arxa səthinin, hər iki diz nahiyyəsinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X5 xx.xx.2024-cü il tarixli 511 nömrəli rəyindən görünür ki, Şəxs bədənində olan xəsarətlər – başın sağ ənsə nahiyyəsinin yarası, sağ iç topuq sümüyünün yerdəyişmiş sınığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, yaşayış tərzini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 18 mart 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar