Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-176/2023 09.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Göyçay rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Göyçay rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli protokola əsasən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Zərərçəkmiş şəxs məxsus Göyçay rayonu Üngütlü kəndində yerləşən bağ sahəsindən 48-50 yeşik xurma meyvəsini yığaraq zərərçəkmiş şəxsə 146 manat ziyan vurmuşdur. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(046)-818/2022 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş,Göyçay Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 3(046)-818/2022 nömrəli qərarı ləğv edilmiş və İnzibati xəta haqqında iş yenidən baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı inzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf etməmiş, özünə məxsus bağ sahəsindən xurma məhsulu yığaraq satdığını, Zərərçəkmiş şəxs heç bir ziyan vurma vurmadığını göstərmişdir. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs ona məxsus bağ sahəsindən xurma məhsulu yığaraq ona ümumilikdə 146 manat məbləğində ziyan vurmuşdur. Buna görə də onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İnzibati materiala əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs 25-26 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus bağdan özbaşına olaraq 48-50 yeşik xurma meyvəsini yığaraq hər yeşiyini 3 manata tanımadığı alverçilərə sataraq ümumilikdə Zərərçəkmiş şəxs 146 manat ziyan vurmuşdur. Zərərçəkmiş şəxs müraciəti ətrafında toplanmış materiala əsasən Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs məxsus bağdan özbaşına olaraq 48-50 yeşik xurma meyvəsini yığaraq ümumilikdə Zərərçəkmiş şəxs 146 manat ziyan vuraraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərar ilə öz təsdiqini tapmışdır. Lakin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında qəbul edilmiş qərarın tarixdən yəni xx.xx.2022-ci il tarixdən üç ay müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraat materialına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 128-130, 131-134-137-ci qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol üzrə icraat materialına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İ.B.Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-176/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-176/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver