Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-177/2023 13.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X9, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X10, qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X7 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin inzibati tənbeh vermə haqqında qərarından X16 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X16 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli (şikayətdə xx.xx.2023-cü il göstərilmişdir) inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. (Şikayətdə xx.xx.2023-cü il tarixli qərardan şikayət verilməsi göstərilməsinə baxmayaraq, MN ******* saylı qərardan şikayətin verilməsi göstərildiyindən, yəni şikayət verilən qərarın say və nömrəsi düzgün göstərildiyindən şikayətə məhz xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan verilmiş kimi baxılmışdır.) Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X16 şikayətini onunla əsaslandırmışdır ki, Göyçay rayonu, R.İsayev küçəsində yerləşən 44 saylı qeyri yaşayış sahəsi internet kafe kimi fəaliyyət göstərir, lakin ona məxsus VÖEN Göyçay şəhəri, H.B.Zərdabi küçəsində yerləşən “Məhləmiz” marketə məxsus olmaqla həmin marketdə ərzaq mallarının satışı ilə məşğul olur. Qeyd edir ki, həmin gün polis əməkdaşları yoxlama adı ilə gələrək onu rayon polis şöbəsinə aparmış, polis şöbəsində müdafiə hüquqları pozularaq yoxlama aparılmadan şikayət Əmək Müfəttişliyi Xidmətinə göndərilmişdir. Əmək Müfəttişliyi Xidməti araşdırma aparmadan, onu dinləmədən hüquqlarını pozaraq ona qarşı cərimə tədbiq etmişdir. Əmək Müfəttişliyi xidməti tərəfindən ünvanına məktub göndərilməsinə baxmayaraq onun iştirakı olmadan qərar qəbul edərək VÖEN-nə cərimə tədbiq etmişlər. Halbuki, onun VÖEN mağaza fəaliyyəti üçün nəzərdə tutulmuş, qəbul edilmiş qərar hansısa klub fəaliyyətinin qanunsuzluğundan bəhs edir ki, o da ona aid deyildir. Məhkəmədən X13 tərəfindən barəsində 4000 manat inzibatı cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X16 şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdi və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X12 izahat verərək bildirdi ki, Göyçay rayon Polis X1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli 3-13-76/2-2573/2023 nömrəli məktub və ona əlavə edilmiş sənədlər baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə daxil olmuşdur. Daxil olmuş sənədlər əsasında X16 ilkin olaraq xx.xx.2023-cü il tarixdə çağırılmış, gəlmədiyindən onunla telefon əlaqəsi yaradılmışdır. Lakin həmin tarixdə gəlmədiyindən xx.xx.2023-cü il tarixdə yenə də çağırılmış, lakin o, gəlmədiyindən, onun iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarın dəyişdirilmədən saxlanılmasını, şikayətin təmin edilməməsini xahiş etdi. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, inzibati xəta haqqında qərarın qəbul edilməsi ilə əlaqədar toplanmış materiala əlavə edilmiş X4 Göyçay rayon Polis Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, X8 5 gündür ki, Göyçay şəhəri, R.İsayev küçəsi 44-də yerləşən “XO” obyektində xidmətçi işləməsini və onunla əmək müqaviləsinin bağlanmamasını, kafenin sahibi X16 tərəfindən işə götürülməsini göstərmişdir. İnzibati xəta haqqında qərarın qəbul edilməsi ilə əlaqədar toplanmış materiala əlavə edilmiş X2 Göyçay rayon Polis Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, X6 2 gündür ki, Göyçay şəhəri, R.İsayev küçəsi 44-də yerləşən “XO” obyektində xidmətçi işləməsini və onunla əmək müqaviləsinin bağlanmamasını, kafenin sahibi X16 tərəfindən işə götürülməsini göstərmişdir. İnzibati xəta haqqında qərarın qəbul edilməsi ilə əlaqədar toplanmış materiala əlavə edilmiş X10 Göyçay rayon Polis Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, X3 şəhəri, R.İsayev küçəsi 44-də yerləşən “XO” kompüter klubun və kafenin sahibidir. Obyektində rəsmi olaraq yalnız özü qeydiyyatdadır. X6 2 gündür və X8 isə 4 gündür xidmətçi işləyir. İnzibati xəta haqqında qərarın qəbul edilməsi ilə əlaqədar toplanmış materiala əlavə edilmiş 07 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İnzibati xəta haqqında qərarın qəbul edilməsi ilə əlaqədar toplanmış materiala əlavə edilmiş bildirişdən və «Azərpoçt»dan əldə edilmiş məlumata görə inzibati xəta haqqında protokola xx.xx.2023-cü il tarixdə saat 10:30-da baxılması ilə əlaqədar X11 bildiriş xx.xx.2023-cü ildə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən İnzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə başlanmış hesab edilir. Beləliklə göründüyü kimi Göyçay rayon Polis Şöbəsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə daxil olmuş məlumatlarda inzibati xəta haqqında iş üzrə icraata başlamaq üçün əsaslar olmasını müəyyən edən səlahiyyətli olan vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Lakin inzibati xəta haqqında işə baxılması ilə əlaqədar müvafiq qaydada xəbərdar olunmuş X16 gəlmədiyindən və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət verilmədiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXİ fəslinə aid edilmiş İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta siyasi, sosial və əmək hüquqları əleyhinə olan xətadır. Həmin inzibati xətanın obyektiv cəhəti Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinin hansı halda hüquqi qüvvəyə minməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin "Qeyd hissəsində nəzərdə tutulmuş "vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli qərarında qeyd olunur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X10 adına olan internet kluba aid **********-60001 saylı VÖEN bağlıdır. Bununla bağlı nəzərə çatdırıram ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖENin aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermədiyindən və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla uçotdan çıxarılmadığından, X16 fərdi sahibkar statusunu itirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə qeyd olunanları nəzərə alıb, hesab edirəm ki, X16 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X8 və X5 Göyçay şəhəri, R.İsayev küçəsi 44-də yerləşən “XO” qeyriyaşayış obyektində işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin səlahiyyətli olan vəzifəli şəxsi tərəfindən haqlı olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X20 tərəfindən 17 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, vəzifəli şəxslər üçün nəzərdə tutulmuş 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X20 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan 17 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməz olduğundan, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X20 tərəfindən X16 barəsində qəbul edilmiş 17 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-177/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-177/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver