Məhkəmə qərarları › İş №3(046)-178/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-178/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-178/2025 14.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, "xxxx" QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Göyçay rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda görünür ki, Teymur Əhmədov adına AZNAR QSC-nin mülkiyyətində olan Fiat Doblo markalı **-JV-*** dövlət nömrəli nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə yol-hərəkət qaydalarını pozduğu üçün elektron protokol tərtib edilmişdir.Avtomobili idarə edən sürücünün məlumatlarının 5 gün ərzində Göyçay RPŞ-nin DYPB-nə təqdim edilmədiyi üçün AZNAR QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Göyçay RPŞ-nin DYPB-nə və barəsində inzibati icraat aparınal "xxxx" QSC-yə məlumat verilmiş, lakin Göyçay RPŞ-nin DYPB-nin və "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutları məcmu halda tədqiq edərək belə qənaətə gəlir ki, "xxxx" QSC tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. İş materiallarında olan Göyçay rayon Polis Şöbəsinin "xxxx" QSC-nin rəhbərliyinə ünvanladığı məktubdan və qoşmadan görünür ki, "xxxx" QSC-nin mülkiyyətində olan Fiat Doblo markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 12:13-də idarə edən sürücü barədə Göyçay rayon X1 X2 məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd edilən maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün səlahiyyətli orqan hüquqi şəxsin mülkiyyətində (yaxud istifadəsində) olan nəqliyyat vasitəsi ilə inzibati xəta törədilərkən sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə - inzibati xətanın törədildiyi yer (mümkün qədər dəqiq ünvan göstərilməklə), gün, ay, il, saat, dəqiqə, həmin xətanın mahiyyəti barədə məlumatlarla rəsmi şəkildə hüquqi şəxsə sorğu göndərməli, həmin sorğu hüquqi şəxsə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş 5 gün müddətində zəruri bilgilər səlahiyyətli orqana təqdim edilməməlidir. Lakin iş mаteriаllаrındаn görünür ki, Göyçay Rayon Polis Şöbəsi tərəfindən 03 mart 2025-ci il tarixdə "xxxx" QSC-yə göndərilmiş 3-13-76/2-7030/2025 saylı məktubda Fiat Doblo markalı **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci tarixdə yol hərəkəti qaydalarını pozduğu üçün elektron protokol tərtib edildiyi göstərilsə də, məktuba həmin elektron protokolun (qərarın) surəti, eləcə də, onun əlavəsi olan foto və ya video materiallar əlavə edilməmişdir. Belə ki, məktuba qoşma olaraq bir səhifə, yaxud vərəq əlavə edilmiş, eləcə də sürücünün şəxsiyyətini müəyyən etmək üçün foto və videomateriallar, elektron qərar əlavə edilmədiyindən, "xxxx" QSC tərəfindən sorğunun daxil olduğu vaxtdan 5 gün müddətində zəruri bilgilərin araşdırılaraq səlahiyyətli orqana təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair» Təlimatın 5-ci fəslində yer alan 43-cü bəndinə əsasən: «Sənədlərə aşağıdakı əlavələr ola bilər: müvafiq sərəncam mahiyyətli sənədlərlə təsdiq edilən əlavələr; əsas sənədin məzmununu izah edən və ya tamamlayan əlavələr; müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələr. Müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələrdə sənəd üçün zəruri olan elementlərin hamısı (adı, başlığı, məzmun üçün məsul olan şəxslərin imzaları, razılaşdırma, təsdiqetmə haqqında qeydlər və s.) olmalıdır. Əgər sənədə mətndə adı çəkilməyən qoşmalar əlavə edilmişsə, onların adları qoşma haqqında qeyddə vərəqlərin və nüsxələrin miqdarı göstərilməklə sadalanır. İş mаteriаllаrı ilə müəyyən оlunur ki, Göyçаy RPŞ tərəfindən "xxxx" QSC-yə göndərilən sоrğu qаnundа nəzərdə tutulmuş məlumаtlаr və sənədlər əks оlunmаmаqlа qаnunvericiliyin tələblərinə uyğun tərtib оlunmаmış və müvаfiq inzibаti xətа hаqqındа elektrоn prоtоkоl, fоtоşəkillər və digər sübutlаr təqdim edilməməklə həmin sоrğudа hаnsı inzibati xətanın hаnsı tаrixdə və hаrаdа törədilməsi ilə bаğlı fiziki şəxs haqqında məlumat istənilməmişdir. Qаnunvericiliyin tələbinə uyğun tərtib оlunmаyаn və müvаfiq sübulаrlа təsdiq оlunmаyаn bu qeyri-müəyyən sоrğuyа cаvаb verilməməsi isə hüquqi şəxs "xxxx" QSC-nin əməlində İXM-nin 347-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnın tərkibinin mövcudluğunu istisnа edir. İşdəki sübutlаrlа müəyyən оlunmuş işin fаktiki hаllаrı оnu deməyə əsаs verir ki, hüquqi şəxs "xxxx" QSC-nin əməlində Аzərbаycаn Respublikаsı İXM-nin 347-ci mаddəsinin tərkibi yоxdur. Əməldə inzibаti xətа tərkibinin оlmаmаsı isə bаşlаnmış inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm verilməsi üçün hüquqi əsаs yаrаdır. Belə ki, Аzərbаycаn Respublikаsı İXM-nin 53.1. 2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi оlmаdıqdа inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də "xxxx" QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar