Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-180/2025 14.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə, İnzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon X6 X7 inzibati təcrübə üzrə baş inspektoru X2 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən Teymur Əhmədov adına "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Teymur Əhmədov adına "xxxx" QSC mülkiyyətində olan «Mıtsubıshı L200» markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində 5 gün müddətində məlumatı Göyçay rayon X6 X11 təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, qeyd olunan İXM-nin 347-ci maddəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan **-AA-*** dövlət qeydiyyat nişanlı Mitsubişhi markalı avtomobili idarə edən X3 olmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsi ilə Qəbələ rayonu ərazisində radara düşmüdür. Nəqliyyat vasitəsinin idarə olunması ilə əlaqədar olaraq şəxsin adına yol vərəqəsi təsdiq olunmuşdur.X8 əməkdaşları bu barədə ”Aznar” QSC-nə məlumat vermişlər.X8 məktubu tərtib olunmamışdan əvvəl şəxsin adına yol vərəqəsi tərtib olunmuşdur.Sadəcə həmin yol vərəqəsini öz adına qeydiyyata alınması üçün şəxs Dövlət X11 təqdim etməmişdir. Bu səbəbdən də 347-ci maddə ilə protokol tərtib olunub baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Fotoşəkillərdən də avtomobili idarə edən şəxsin kim olduğu aydın görülür. "xxxx" QSC-nə göndərilən məktubdan müəyyən olunmur ki,xəta nə vaxt və harada olub.Belə bir məlumat olmadığına görə məlumat da verilməmişdir.Çünki həmin avtomobili müxtəlif şəxslər idarə edir. Ona görə də hesab edir ki "xxxx" QSC haqqında tərtib olunan protokol qanuni və əsaslı deyil.Qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxsin kimliyi barədə də araşdırma aparılmalıdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon X6 X7 inzibati təcrübə üzrə baş inspektoru X4 bildirdi ki, "xxxx" QSC mülkiyyətində olan «Mıtsubıshı L200» markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində 5 gün müddətində məlumatı Göyçay rayon X6 X11 təqdim etməmişdir.Protokol tərtib edilməmişdən qabaq "xxxx" QSC-nə xx.xx.2025-ci il tarixli məktub və xətanın harada,nə vaxt və hansı xətanın törədilməsi barədə bildiriş əlavə edilmişdir.Lakin məktubu almalarına baxmayaraq məlumat verilməmişdir.Bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Teymur Əhmədov adına "xxxx" QSC-dən Göyçay rayon X6 X7 «Mıtsubıshı L200» markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində idarə edən şəxs barəsində məlumatın verilməsi tələb edilmiş,poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə görə bildiriş xx.xx.2025-ci il tarixdə Teymur Əhmədov adına "xxxx" QSC-nə İdarəsinə çatdırılmışdır.Məktuba 02 vərəqədə qoşmanın əlavə edilməsi qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş sorğudan görünür ki,xx.xx.2025-ci il tarixində saat 08.57-də X9 adına "xxxx" QSC-in mülkiyyətində olan «Mitsubishi L 200» minik markalı ** AA *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Qəbələ rayonu Böyük Pirəli kənd orta məktəbin yanı Ağdaş istiqamətində yolda müəyyən edilmiş hərəkət surətini 16 km/saat həddində aşmışdır.Törədilmiş xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur.İnzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatı (ad,soyad,atasının adı,sürücülük vəsiqəsinin seriyası və nömrəsi ) verilməsi xahiş olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Teymur Əhmədov adına "xxxx" QSC-dən Göyçay rayon X6 X7 «Mıtsubıshı L200» markalı ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Qəbələ rayonu Böyük Pirəli kənd orta məktəbin yanı Ağdaş istiqamətində yolda müəyyən edilmiş hərəkət surətini 16 km/saat həddində aşmasına və törədilmiş xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğuna görə məlumatın verilməsi barədə məktub və sorğunu xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə almasına baxmayaraq inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş hüquqi şəxs Teymur Əhmədov adına "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: Teymur Əhmədov adına "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-180/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-180/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver