Məhkəmə qərarları › İş №3(046)-181/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-181/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-181/2024 29.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri H.Əliyev prospekti ev 168-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.3-cü maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.3-cü maddələri ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı-Şamaxı Yevlax yolunun 220-ci km-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 2106 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəfil dönmə əməliyyat etmiş və bu zaman hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi NİSSAN ALTİMA markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə NİSSAN ALTİMA markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Bakı- Şamaxı Yevlax yolunun 220-ci km-də idarə etdiyi VAZ 2106 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə, dönmə əməliyyatı həyatı keçirərkən əyləcdə olan nasazlıqdan avtomobili saxlaya bilməmiş, nəticədə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi NİSSAN ALTİMA markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Maddi imkanı olmadığından zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı-Şamaxı Yevlax yolunun 220-ci km-də mülkiyyətində olan NİSSAN ALTİMA markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Şəxs idarə etdiyi VAZ 2106 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəflətən onun yoluna çıxmış, ona məxsus NİSSAN ALTİMA markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Nəticədə NİSSAN ALTİMA markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5804 manat maddi ziyan dəymişdir. Şəxs ona dəymiş maddi ziyanı ödəməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-ci il tarixli 235 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs orta dərəcədə sərxoş olmuşdur. Bioloji mühitində alkoqolun miqdarı 1.022 promilli olmuşdur. İşə materiallarına əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində olan NİSSAN ALTİMA markalı **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5804 manat maddi ziyan dəymişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 327.1, 332.1 və 334.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.3-cü maddələri ilə təqsirli bilinib, ona 1 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar