Məhkəmə qərarları › İş №3(046)-184/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-184/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-184/2022 29.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 2-ci qrup əlil, fərdi əməklə məşğul olan, Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev.9, mənzil.6-da yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, 21.02.2022-ci il tarixdə Göyçay şəhərində idarə etdiyi VAZ-21063 markalı **-DV-*** dövlət nömrə nişanlı avtomobilini polis əməkdaşları saxlamış və onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə idarət etdiyi VAZ 21063 markalı **-DV-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Törətdiyi əməldən peşimandır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 27.02.2022-ci il tarixli qərardan görünür ki, Şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 1.59 qr narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 01 ədəd bükümdə saxlanılan 1.34 qr narkotik vasitə olan marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, ona 300 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 01 ədəd bükümdə saxlanılan 1.34 qr narkotik vasitə olan marixuana məhv edilsin Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar