Məhkəmə qərarları › İş №3(046)-185/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-185/2021

21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-185/2021 21.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X2nun və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti 16 saylı region üzrə X11 Ağsu regional ərazi şöbəsinin baş əmək müfəttişi X1 iştiraki ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti 16 saylı region üzrə X11 Ağsu regional ərazi şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 21 iyun 2021 -ci il tarixli MN ******* saylı inzibati qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X19 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti 16 saylı region üzrə X11 Ağsu regional ərazi şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 29 aprel 2021 -ci il tarixli MN ******* saylı inzibati qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. X2 ərizəsini belə əsaslandırmışdır ki, X17 İdarəsinin rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti 16 saylı region üzrə X11 29 aprel 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir.Aşağıda göstərilən əsaslara görə hesab edir ki, həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, COVİD-19 virusuna yoluxduğu üçün 25 noyabr 2020-ci il tarixdən əmək qabiliyyətimi itirmiş və stasionar müalicə olunarkən virus səhhətində əlavə problemlər yaratdığı üçün əmək qabiliyyətini uzun müddətə itirmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsində olduğu vaxt, yəni 29 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti 16 saylı region üzrə X10 Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə etmişdir. Qərarın surəti 27 may 2021-ci il tarixdə işə çıxarkən təqdim olunmuşdur. Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin tələblərinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göyçay rayonu Ləkçıplaq kənd sakini X3 Suvarma Sistemləri İdarəsində işləyərkən işdən azad olunan zaman son haqq-hesabının və əmək kitabçasının verilməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, həmin ərizə 10 mart 2021-ci il tarixdə DƏMX-nin Ağsu regional ərazi şöbəsinə daxil olmuşdur. DƏMX-nin Ağsu regional ərazi şöbəsi heç bir araşdırma aparmadan əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən stasionar müalicədə olarkən, yəni 29 aprel 2021-ci il tarixdə inzibati xəta haqqında protokola baxaraq İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə etmişdir. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti 16 saylı region üzrə X11 Ağsu regional ərazi şöbəsinin baş əmək müfəttişi X7 izahat verərək göstərmişdir ki, X17 İdarəsində işləyən işçi X8 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə X17 İdarəsinin rəisi X19 İXM-nin 192.6-ci maddəsi ilə inzibati qaydada 1500 manat cərimə edilmişdir. X17 İdarəsinin rəisinin həmin dövrdə xəstəliyi ilə əlaqədar vəzifələrini icra etmədiyi barədə məlumatı olmamışdır. Məhkəməyə təqdim edilmiş 15.04.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, baş əmək müfəttişi X4 İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş əməli törətdiyindən barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş 29.04.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X17 İdarəsinin rəisi X19 İXM-nin 192.6-ci maddəsi ilə inzibati qaydada 1500 manat cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş Əmək qabiliyyəti olmaması vərəqəsindən görünür ki, X17 İdarəsinin rəisi X19 13.04.2021-ci il tarixdən 21.04.2021-ci il tarixədək, 22.04.2021-ci il tarixdən 29.04.2021-ci il tarixədək və 30.04.2021-ci il tarixdən 01.05.2021-ci il tarixədək səhəti ilə əlaqədar işdən azad edilmişdir. Məhkəmə baxışı zamanı sübutlarla müəyyən edilmişdir ki, X17 İdarəsinin rəisi X19 barəsində tərtib edilmiş 15.04.20121-ci il tarixli inzibati xəta haqqında protokol üzrə 29.04.2021-ci il tarixdə inzibati qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokol və qərar qəbul edilərkən X16 inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməmiş, iştirakı təmin edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati işə baxılarkən X19 vəzifələrini icra etməmişdir. Həmin qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 hüquq və vəzifələrinin izah edilməmiş və ona istinad edilən inzibati xəta hadisəsinin mövcudluğunu, inzibati xətanın hansı şəraitdə torədilməsi, baş vermiş hadisədə təqsirinin olub-olmaması aydınlaşdırılmamışdır. İnzibati xətanın mahiyyətinin inzibati xəta haqqında protokolda və ya qərarda göstərilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ona istinad edilən inzibati xəta hadisəsi haqqında ətraflı məlumat verilməməsi anlamına gəlir. Bu halda isə şəxs nəyə qarşı öz müdafiəsini qurmalı olduğunu bilməmiş və onun İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məhkəmə X12 ərizəsində göstərdiyi xüsusatlara və məhkəmə baxışında verdiyi izahata hüquqi qiymət verərək hesab edir ki, X19 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol üzrə qərar qəbul edilərkən X12 iştirakının təmin edilməməsi və işə baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməsini əks etdirən sübutların məhkəməyə təqdim edilməməsi, qərarda törədilmiş inzibati xətanın törədilmə şəraiti, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, həmçinin məsuliyyətini ağırlaşdırılan halların olub olmamasını müəyyən edilməməsi, barəsində qərar qəbul edilərkən inzibati xəta törətmiş X12 verə biləcəyi vəsatətlərin nəzərə alınmaması xüsusatları, X16 istinad edilən inzibati xətanın araşdılması hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X2nun qanunda nəzərdə tutulmuş yuxarıda qeyd edilən hüquqları pozulduğundan şikayəti təmin edilməli, X19 barəsində 15.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu üzrə 1500 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş 29.04.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli, 15.04.2021-ci il tarixli, MN ******* saylı protokol üzrə inzibati xəta materialı yenidən baxılması üçün vəzifəli şəxsə, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti 16 saylı region üzrə X11 Ağsu regional ərazi şöbəsinin rəisi X5 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 şikayəti təmin edilsin. X19 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti 16 saylı region üzrə X11 Ağsu regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 15.04.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta protokolu əsasında X12 1500 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti 16 saylı region üzrə X11 Ağsu regional ərazi şöbəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 29.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti 16 saylı region üzrə X11 Ağsu regional ərazi şöbəsinin X19 barəsində tərtib edilmiş 15.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta protokolu üzrə material baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti 16 saylı region üzrə X11 Ağsu regional ərazi şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar