Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-189/2024 02.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin polis polkovnik-leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/18548217 saylı qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X7 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 126.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin EQ/18548217 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan əməlinin tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, «BMW 3281 minik» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Lizinq şirkəti tərəfindən onun istifadəsində olmuş, lakin 2023cü ilin iyun ayından lizinq alan dəyişdiyi üçün avtomobil başqa adamın, Quliyev Elçin Cəmiyyət oğlunun adına keçirilmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" BOKT MMC ilə Quliyev Elçin Cəmiyyət oğlu arasında bağlanmış ML № 5683 X3 əsasən «BMW 3281 minik» markalı, 77-AE 147 dövlət nömrə nişanlı avtomobilinin 36 ay müddətinə lizinqdə olması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə avtomobili idarə etməklə bağlı Elçin Quliyevə etibarnamə verilmiş, həmin vaxtdan da o həmin avtomobili idarə etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarına əsasən xx.xx.2023-cü il tarixində, saat 18:05-da Bakı-Qazax yolu, 128-ci km Qazax istiqamətində «BMW 3281 minik» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 32 km/saat həddində hərəkət sürətini aşmışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə o inzibati xəta törədən şəxs kimi məsuliyyətə cəlb edilmişdir. Buna görə də ona 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində qeyd edilən sanksiya əleyhinə 50 manat deyil onun barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Belə olduğu halda hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin polis polkovnik-leytenantı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Bildirir ki, o yaxın günlərdə onun barəsində cərimə cəza tətbiq edilməsi haqqında eşitmiş və 26 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarını almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada şikayətçiyə və qərarından şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətçinin və qərarında şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Yazılı sübut qismində məhkəmə iclasında tədqiq edilmiş: 16 dekabr 2023-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli ML/5683 saylı maliyyə lizinqi müqaviləsinin surətindən görünür ki, "xxxx" BOKT MMC-i «BMW 3281 minik» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili lizinq müddəti 36 ay müəyyən edilməklə lizinq alan Quliyev Elçin Cəmiyyət oğluna vermiş, müqavilənin 5.4.3-cü bəndinə görə lizinq alan hər ay qrafik üzrə ödəniş etdikdə lizinq verən 1 ay müddətinə avtomobilin idarə edilməsinə dair hüquq verən etibarnaməni lizinq alana təqdim edir. 12 iyun 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Quliyev Elçin Cəmiyyət oğluna "xxxx" BOKT MMC-nə məxsus «BMW 3281» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmişdir. 23 yanvar 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 "xxxx" BOKT MMC-nə məxsus «BMW 3281» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmişdir. 22 fevral 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 "xxxx" BOKT MMC-nə məxsus «BMW 3281» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmişdir. 30 mart 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 "xxxx" BOKT MMC-nə məxsus «BMW 3281» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmişdir. 08 iyun 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 "xxxx" BOKT MMCnə məxsus «BMW 3281» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmişdir. «AZEMİS» X2 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, «BMW 3281» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" BOKT MMC-nin mülkiyyətindədir. Tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, mülkiyyətçi lizinq verən "xxxx" BOKT MMC-i «BMW 3281» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2023-cü il tarixli ML/5683 saylı X3 görə lizinq alan Quliyev Elçin Cəmiyyət oğlunun sahiblik və istifadəsinə vermişdir. xx.xx.2023-cü il tarixli etibarnamə ilə avtomobili idarə etmək səlahiyyəti Quliyev Elçin Cəmiyyət oğluna verilmiş, buna baxmayaraq X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci və 332.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında İXM-in 328.2-ci və 332.3-cü maddələri ilə təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli, EQ/18548217 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, X4 təqsirliliyini təsdiq edən hər hansı bir sübut qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/18548217 saylı inzibati tənbeh vermə haqqında qərar işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadan qəbul edilmişdir. Belə ki, qərardan görünür ki, şikayətçi tərəfindən törədilməsi ehtimal edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xx.xx.2023-cü il tarixdə, saat 18:05-da Bakı-Qazax yolu, 128-ci km Qazax istiqamətində baş vermişdir. Eyni zamanda iş materiallarından görünür ki, "xxxx" BOKT MMC-yə məxsus "BMW 328 İ" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X1 etibarnamə 08 iyun 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmişdir. 12 iyun 2023-cü il tarixindən lizinq müqaviləsi üzrə öhdəlik Quliyev Elçin Cəmiyyət oğlunun adına ötürüldüyündən həmin tarixdən avtomobili idarə etmək üçün etibarnamə yalnız Quliyev Elçin Cəmiyyət oğluna verildiyi göstərilmişdir. Belə olan halda xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini X4 idarə etmədiyi öz təsdiqini tapmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə qeyd olunanlara və tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ/18548217 saylı qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ/18548217 saylı qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-189/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-189/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver