Məhkəmə qərarları › İş №3(046)-19/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-19/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-19/2021 27.01.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs, zərərçəkmiş şəxslər X1 və X3 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri M.Muradov küçəsi ev 11-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə Göyçay RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində xx xxxxxx 2021ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Göyçay RPŞ-nin DYPB-nin İTÜ baş inspektoru X2 tərəfindən xx.xx.2020-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan, sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21011 markal **-BB-*** dövlət qeydiyyat nişanlı avotomobillə Göyçay şəhəri Nizami küçəsi ilə hərəkətdə olarkən əks hərəkət istiqamətinə çıxmaqla manevr edərkən qarşıdan gələn zərərçəkmiş X1 idarə etdiyi OPEL ASTRA markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə və zərərçəkmiş şəxs X3 idarə etdiyi BMW markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında protokolu tərtib edilmiş Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan, sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21011 markal **-BB- *** dövlət qeydiyyat nişanlı avotomobillə Göyçay şəhəri Nizami küçəsi ilə hərəkətdə olarkən əks hərəkət istiqamətinə çıxmaqla manevr edərkən idarəetməni itirmiş və qarşıdan gələn zərərçəkmiş X1 idarə etdiyi OPEL ASTRA markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə və zərərçəkmiş şəxs X3 idarə etdiyi BMW markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyə bilməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs X4 izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21011 markal **-BB-*** dövlət qeydiyyat nişanlı avotomobillə Göyçay şəhəri Nizami küçəsi ilə hərəkətdə olarkən əks hərəkət istiqamətinə çıxmaqla manevr edərkən qarşıdan gələn onun idarə etdiyi OPEL ASTRA markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmədiyindən Şəxs şikayətçidir. Zərərçəkmiş şəxs X5 izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21011 markal **-BB-*** dövlət qeydiyyat nişanlı avotomobillə Göyçay şəhəri Nizami küçəsi ilə hərəkətdə olarkən əks hərəkət istiqamətinə çıxmaqla manevr edərkən qarşıdan gələn onun idarə etdiyi BMW markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmədiyindən Şəxs şikayətçidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, barəsində inzibati xəta haqqında protokolu tərtib edilmiş Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda icraata xitam verilir. Məhkəmə hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar xx.xx.2020-ci il tarixdə qəbul edildiyindən, inzibati xəta haqqında protokolu baxılması üçün məhkəməyə üç ay müddətdən sonra, yəni xx.xx.2021-ci il tarixdə göndərildiyindən Şəxs inzibati tənbeh təyin edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta protokolu üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 43, 53, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə Göyçay RPŞ-nin DYPB-nin İTÜ baş inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli AP ******* saylı inzibati xəta potokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protest vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar