Məhkəmə qərarları › İş №3(046)-194/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-194/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-194/2023 07.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağ evi 1138-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokoluı tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Göyçay rayonu Şıxbəy kəndində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində özünə Göyçay rayonu Şıxbəy kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazə sənədləri olmadan tikinti işi apararkən, kənd icra nümayəndəsi ona tikintini dayandırma barədə xəbardarlıq etmiş, lakin tikinti üçün heç bir icazə lazım olmadığını bildirərək icra nümayəndəsi ilə mübahisə etmiş, hadisə yerinə gələn polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları tikintini dayandırmasını tələb etdiklərinə görə polis əməkdaşları ilə aralarında mübahisə baş vermişdir. Hesab edir ki, özünə məxsus torpaq sahəsində tikinti işləri apardığından heç bir qanun pozuntusuna yol verməmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli Göyçay RPŞ-nin İTB-nin sahə rəisi İ.Məhərrəmov tərəfindən Göyçay RPŞ-nin rəisinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Göyçay rayon İHB-nın Şıxbəy kənd icra nümayəndəsinin məlumatına əsasən Şəxs Göyçay rayon Şıxbəy kəndində özünə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikili apardığına dair məlumat yoxlanılarkən, hadisə yerində Şəxs bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs ucadan hay-küy salaraq ətrafda yaşayan vətəndaşların diqqətini cəlb etməklə qanunsuz tikintini dayandırmayacağını bildirmiş, onu nizam-intizama dəvət etdikdə polisin qanuni tələblərinə əməl etməyərək hərəkətlərinə davam etdirmişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə qaydada tutulmuşdur. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat məbləğində inzibati cərimə təyin edilsin. Şəxs inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla inzibati cərimənin məbləği 100 manat müəyyən edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar