Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-195/2023 07.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 06 mart 2023-cü il tarixdə saat 20 radələrində Göyçay rayonu Şıxbəy kənd ərazisində ucadan səs-küy salmış, ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətlərinə yol vermişdir. İnzibati xəta hadisənin olması 06 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonu Şıxbəy kənd ərazisində özünə məxsus pay torpaq sahəsində tikinti işləri aparmışdır. Göyçay rayon İHB-nın Məlikkənd icra nümayəndəsi Şahid1 ona tikinti işlərinin aparılmasının dayandırmasını tələb etmiş, o isə hansı səbəbə soruşduqda, tikinti işlərinin qanunsuz olduğundan dayandırılmasını bildirdikdə, o, tikinti işlərinin dayandırmayacağını bildirərək tikinti işlərini başa çatdırdıqdan sonra rəsmi orqandan icazə sənədi alacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə tikinti işləri aparan zaman icra nümayəndəsi ona tikinti işlərinin dayandırmasını tələb etmiş və həmin vaxt icra nümayəndəsi ilə aralarında mübahisə yaranmışdır. xx.xx.2023-cü il tarixdə rayon polis şöbəsinə dəvət edilmiş və ona tikinti işlərinin dayandırılması bildirilmişdir. Həmin gün bir neçə saat sonra polis əməkdaşları gəlib tikinti işlərinin dayandırılmasını tələb etdikdə, mübahisə yaranmış, mübahisə vaxtı yanlarından keçən bir neçə avtomobil saxlamış, həmçinin iki nəfər qohumu olan kənd sakinləri yaxınlaşmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 bildirdi ki, Göyçay rayon İHB-nın Məlikkənd icra nümayəndəsi vəzifəsində işləyir. Göyçay rayon Şıxbəy kənd sakini Şəxs kənd ərazisində özünə məxsus pay torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanından icazə olmadan qanunsuz olaraq tikinti işləri aparmışdır. Dəfələrlə Şəxs torpağın kənd təsərrüfatı təyinatlı olmasını, tikintinin qanunsuz olduğunu və dayandırması ilə bağlı xəbərdarlıq etmişdir. Lakin buna baxmayaraq Şəxs tikinti işlərini dayandırmamışdır. xx.xx.2023-cü il tarixdə o, Şəxs pay torpaq sahəsində tikinti işlərinin apardığını görmüş, sonuncuya tikinti işlərinin dayandırmasını bildirmişdir. Şəxs ona “sən kimsən tikinti işlərini dayandırasan” demiş və ona tikinti işləri qurtardıqdan sonra icazə sənədi alacağını bildirərək onunla mübahisə etmişdir. Bu barədə sonradan polisə məlumat verilmişdir. Sonra onda olan məlumata görə polis əməkdaşları ona yaxınlaşıb tikinti işlərinin dayandırılmasını tələb etdikdə, yenə mübahisə yaranmış, səs-küyə yoldan keçən bir neçə avtomobillər dayanmış, yaxınlıqdakı evlərdə yaşayan iki nəfər kənd sakini onlara yaxınlaşmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 məhkəmədə izahat vermiş Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Şahid3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Göyçay rayon İHB-nın Məlikkənd icra nümayəndəsi Şahid1 ərizəsi əsasında Göyçay rayon Şıxbəy kənd ərazisinə getmiş, Şəxs Göyçay Rayon Polis şöbəsinə dəvət etmişdir. Göyçay Rayon Polis Şöbəsində rəis müavini Şəxs tikinti işlərinin dayandırılması ilə bağlı xəbərdarlıq etmişdir. Lakin həmin gün bir neçə saat sonra məlumat daxil olmuşdur ki, Şəxs yenə də tikinti işlərini davam etdirir. Bununla əlaqədar həmin yerə getmiş, Şəxs tikinti işlərinin dayandırılmasını bildirdikdə, Şəxs «Tikinti işlərini qurtardıqdan sonra icazəni alacam» deyərək işlərini davam etmişdir. Bununla əlaqədar ona yenə bu barədə xəbərdarlıq etdikdə, Şəxs uca səslə danışaraq səs-küy salmış, ətrafda insanların toplaşmağına baxmayaraq hərəkətlərinə davam etmişdir. Belə ki, səs-küyə yoldan keçən iki avtomobil saxlamış, sonra kənd sakinlərindən iki nəfər onlara yaxınlaşmışdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 395-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına , yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan , habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, Şəxs ictimai yer hesab edilən Göyçay rayonu Şıxbəy kənd ərazisində ucadan səs-küy salmış, ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətlərinə yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın müvafiq olaraq ictimai qayda əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olmasını və iş üzrə məsuliyyətini ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə inzibati tənbehin məqsədlərinə xidmət etmədiyindən, barəsində İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 5 (beş) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 06 mart 2023-cü il tarixdən saat 20:20-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-195/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-195/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver