Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-198/2021 12.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində 12 iyul 2021-ci il tarixdə baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : "xxxx" MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən 11.06.2021-ci il tarixdə İXM-nin 483-ci maddəsi ilə 01400-0613/21saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Sıracoğlu FT MMC tərəfindən məhkəməyə təqdim edilmiş 09.07.2021-ci il tarixli məktubdan görünür ki, 01.02.2020-ci il tarixdə Sıracoğlu FT MMC Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək gömrük bəyannaməsinə əsasən xurma ixrac etmişdir. İxraz zamanı yolda, Ukrayna ərazisində avtomobildə məhsulun bir hissəsi aşaraq yararsız hala düşmüşdür. Buna görə də tərtib edilmiş inzibati xəta haqqında iş üzrə materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş 11.06.2021-ci il tarixli inzibati xəta haqqında haqqında protokoldan görünür ki, Şimal Ərazi Bas Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin 16.05.2021-ci il tarixli, 34/012/002955 saylı raportunda qeyd olunanlarla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, hüquqi şəxs - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 01.02.2020-ci il tarixli, **********6293 saylı gömrük bəyannaməsi əsasında ixrac olunmuş “xurma” yükünün müqabilində qaytarılmalı olan, ümumilikdə 2500,00 ABŞ dolları (4250,00 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir.20.05.2021-ci il tarixdə Şimal Ərazi Bas Gömrük İdarəsində hüquqi səxs“ŞİRACOĞLU FERMER TƏSƏRRÜFATİ MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, "xxxx" MMC -nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. "xxxx" MMC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən carici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Təqdim edilmiş materiallardan görünür ki, "xxxx" MMC hüquqi şəxs hesab edilir. Məhkəmə "xxxx" MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq "xxxx" MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: "xxxx"-yə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləği olan 2.500 ABŞ dollarının otuz faizi miqdarında yəni, 750 ABŞ dolları məbləğində inzibati cərimə təyin edilsin. Təyin edilmiş 750 ABŞ dolları məbləğində cərimə ödəniş gününə Azərbaycan manatı ilə hesablansın. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-198/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-198/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver